kufte

“Harda nə yeyək?” – İSVEÇ MƏTBƏXİ

Baxış sayı: 302

“Gencaile.az” saytının dünyanın ayrı-ayeı ölkələrinin mətbəxindən nümunələr təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə İsveç mətbəxi haqqında danışacağıq.

Yerli əhali sağlam şəkildə qidalanmağa üstünlük verir. Təsadüfi deyil ki,  sağlam mətbəxinə görə İsveç dünyada 4-cü yerdədir.  Ölkənin milli yeməkləri arasında ən məşhuru siyənək balığı və isveç küftəsi hesab olunur. Ümumiyyətlə, İsveçdə milli yeməklərlə tanış olmaq üçün ideal yer “Ostermalms Saluhall” bazarı sayılır. Burada eko-məhsullarının və tipik İsveç delikateslərinin çoxlu sayda inanılmaz çeşidləri ilə tanış olmaq imkanı əldə etmək mümkündür. Onlardan biri qızardılmış siyənəkdir. İsveç mətbəxini bu xırda balıq olmadan təsəvvür etmək çətindir.

İsveçlilər üçün qəhvənin xüsusi yeri var.  Yerli əhali qəhvəni piroqla içməyi sevirlər. Onlar bu ritualdan o qədər çox zövq alırlar ki, hətta bunun üçün söz fikirləşiblər – fika.

Qəhvənin faydaları haqqında isevçlilərin müxtəlif əfsanələri var. deyilənlərə görə, İsveç kralı III Gustav bir dəfə çay və qəhvənin insan orqanizminə təsirini görmək üçün eksperiment keçirməyi əmr edib. Bu sınaq çərçivəsində ölümə məhkum edilmiş əkiz qardaşlardan istifadə edilib. Edama məhkum edilmiş bu qardaşların cəzaları bir şərtlə dəyişdirilib ki, onlardan biri ömrünün sonuna qədər hər gün 3 fincan çay, digəri isə 3 fincan qəhvə içsin. Kral eksperimentin sonunu görə bilmir, onu qətlə yetirirlər. Lakin belə məlumdur ki, birinci hər gün 3 fincan çay içməli olan qardaş dünyasını dəyişib.

qehve

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir