yemek

“Harda nə yeyək?” – YENİ ZELANDİYA MƏTBƏXİ

Baxış sayı: 293

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə sizə Yeni Zelandiya mətbəxindən bəhs edəcəyik.

Özünü maori adlandıran yerli əhali avropalıların gəlişinə qədər ovçuluqla, əkinçiliklə məşğul olur, balıq, dəniz məhsulları və quş əti, yabanı otlarla dolanırdı. Fermerlərin inkişafı ilə – maorilər qida rasionuna meyvə və tərəvəz, həmçinin kartofu daxil edir. Qeyri-adi tünd-bənövşəyi kartof maorilərdə indi də populyardır və bir çox milli yeməklərdə istifadə olunur. Həmçinin bazarlarda və ixtisaslaşmış mağazalarda bu kartofun çörəyinin dadına baxmaq olar.

Image result for new zeoland meals

Əgər Yeni Zelandiyanın Stüart adasına səfər etməyi düşünürsünüzsə, onda burada müxtəlif növ quşların və qoyun ətindən hazırlanan yeməkləri dadmaq imkanını əldə verməyin. Yeri gəlmişkən Yeni Zelandiyalılar dünyada ən çox ət yeyən insanlar arasındadır və siz də ət sevirsinizsə, bu ölkəni gəzərkən ətli piroq və ya bifştekslərindən dadmağı unutmamalısınız. Yeni Zelandiyada ətli piroqlarda xəmirdən çox ət olmalıdır. Vegetarianlar Oklənd, Vellinqton və Kraysterç şəhərləri çıxmaq şərti ilə, başqa bölgələrdə çətinlik çəkəcək. Çünki bir qoyunun 25 dollara satıldığı halda 4 dollara satılan mərciməyə tələbat olmur.

Image result for new zeoland meals

Dəniz məhsulları, meyvələr və tərəvəzlər də ət kimi ən yüksək keyfiyyətlidir.

Yeni Zelandiyada quzu ətini çəhrayılıq alana kimi yüngül və balıqları unlamamış qızartmaq dəbdədir.

Image result for new zeoland meals

Süd məhsulları möcüzədir və nisbətən ucuzdur. Yeni Zelandiya brie, qruyre, feta, parmesan kimi pendirlərdın əlavə holland pendiri də istehsal edir.

Image result for new zeoland meals

Yeni Zelandiya şərabının keyfiyyəti bütün dünyada məşhurdur. Lakin bu, çox qəribə faktdır, çünki onların istehsal etdiyi şərab dünyada cəmi 1% təşkil edir. Ölkədə bütün gününüzü şən keçirə, dincələ, xüsusi ilə şərabların və müxtəlif məhsulların dadına baxa biləcəyiniz üzüm bağları var.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir