GORUS

İlk görüşdə veriləcək suallar

Baxış sayı: 157

İlk görüşmə zamanı cütlüklər qarşısındakıları daha yaxşı tanıya bilmək üçün qarşılıqlı suallar verirlər. Bu suallar əksər zaman eyni olduğundan həm görüş sıxıcı olur, həm də eyni suallar qarşısınızdakının xarakterini anlamaqda çətinlik yaradır.

Psixoloqlar ilk görüş zamanı verilməsi vacib olan suallar siyahısını hazırlayıb.

 

“Ölmədən öncə nələr etməyi düşünürsən?”

Bu sual qarşınızdakının həyata dair xəyallarını ortaya qoyur. Həmçinin xəyalını birlikdə etməyinizə şərait yaradır.

sevgi

“Sənin üçün ideal tətil nədir?”

Tətil deyən zaman dəniz, günəş, qumdan başqa bir şey düşünməyən biri ideal tətili evdə futbola baxmaq olaraq düşünən biri ilə anlaşa bilər?

Təbii ki anlaşar ancaq bu vəziyyəti əvvəlcədən bilməkdə fayda var.

Tətil hər şey demək deyil amma bunun da vacibliyi az deyil. Bu səbəbdən qarşısınızdakının fikrini öyrənin.

 

“Bu günə qədər etdiyiniz ən böyük çılğınlıq nədir?”

Hər kəs zamanında bir dəfə də olsa çılğınlıq edib. Ancaq bunu ilk görüşdə anlamaq çətin ola bilər. Buna baxmayaraq sizə həmin xatirəsini rahatlıqla sizə danışırsa və sizi güldürə bilirsə, bu özgüvənli olduğu deməkdir.

“Pulun çox olarsa nələr etməyi düşünürsən?”, “Daima eyni mövsümdə qalsaq hansını seçərdiniz?” kimi suallar da ilk görüşdə verilə bilər.

sevgi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir