sevgi

İlk sevgilinin qoyub getdiyi 10 xatirə

Baxış sayı: 151

ilk sevgilini xatırlayırsan? Məktəbdə, məhəllədə, universitetdə – harda görmüşdün onu? Yox, bilirik, unutmamısan onu, bəs nələr yadına düşür tez-tez?
Həyəcan
Ondan sonrakılarda o həyəcanı, ürək çırpıntılarını, əl titrəmələrini tapmaq çətindir. Bəlkə də ilk sevgi bunlara səbəb olur deyə yadda qalır. İlk sevgilinlə nədən danışdığını unuda bilərsən, amma onun mimikalarını, vərdişlərini həmişə xatırlayırsan.
İlk öpüş
“İlk öpüşün yadındadır?” – bu, elə bir sualdır ki, hamı buna istisnasız olaraq dəqiq cavab verə bilər.
Qoxusu
Onun qoxusunu qarşına çıxan hər kəsdə almağa çalışırsan, amma boş yerə! İlk sevgilinin qoxusu, ətri unudulmazdır.
“Səni sevirəm”…
Ailənizdən başqa sənə bu sözü deyən ilk insanı necə unutmaq olar? İmkan olsaydı, o anı videoya çəkər, özünü pis hiss edəndə açıb baxardın.
Əllər
Kimin əlləri bu qədər isti, bu qədər hərarətli ola bilər? Sonrakılarda “əllərin dərəcəsi” getdikcə düşür, yavaş-yavaş adi bir şeyə çevrilir.
Gülümsəmə
Xoşbəxtlik, sevgi dolu baxışlar və sizə güvən verən gülümsəmə. Bu 3 şeyə hər adamda rast gəlmək olmur.
ilk dava
İndi sənə gülməli görünür yəqin. Amma “birdən ayrılar məndən” fikirləşib özünü günahlandırmağını xatırlayırsan? O vaxtkı bu narahatlığın indiki problemlərinin, qayğılarının yanında nədir ki…?!
İlk ayrılıq
lk sevgi uğursuz olur deyirlər…Onunla evlənməmisinizsə, böyük ehtimalla ağrılı bir ayrılıq yaşamısınız. Bu da sizə yadigardır.
Yoxluğu
Telefonun susmağı, daha onu görməmək qorxusu, bu münasibətdən öyrəndiyin “həyat” dərsi…Ağırdır, amma bu da keçir…
Onun boşluğu heç vaxt dolmayacaq…
İlk sevgilini unutduğunu zənn edirsən, ya da özünü belə inandırırsan. Amma onun içində qoyub getdiyi boşluğunu doldura bilmədikcə unutmaq çətin olacaq. Və yuxarıdakı şeylər bir-bir yadına düşəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir