aparat

İnsanın bütün istəklərini ÖDƏYƏN APARAT: Əyləndirir, yatırdır, evləndirir… – VIDEO

Baxış sayı: 758

Son illər elektron satış aparatlarının ticarətdə tətbiqi artıb. “Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, əvvəl belə aparatlarla ancaq kofe və çay almaq mümkün idi. Hazırda isə bu aparatlarda satılan malların çeşidi bir qədər çoxalıb.

Ümumiyyətlə, birmənalı şəkildə bu cür satışın perspektivli olduğunu demək çətindir. Lakin onun yaxın gələcəkdə satış bazarında önəmli yer tutacağı da istisna edilmir. İndi həmin aparatlar qarşısında yaranan növbələr bunu deməyə əsas verir.

Bu aparatların daha rahat və tez satış imkanı yaratması insanların ticarətdə onlara üstünlük verməsinə səbəb olub.

Sözügedən aparatların ən qeyri-adilərini təqdim edirik:

Manikür aparatı. Qadınlar aparatda istədikləri şəkli seçib və dırnaqlarını aparatın içinə qoyurlar. Qısa zamanda dırnaqlar manikür edilir və seçdikləri təsviri dırnaqlarında görəcəklər. Professional olmasa da, işin çox sürətli və tez baş tutması, qadınların onu seçməsinə səbəb olur.

Narkotik aparatı. ABŞ kimi narkotiklərin satışının qanuni olduğu ölkələrdə həkim resepti ilə onu almaq çox asandır. Amma apteklər bağlıdırsa, bu iş çətinləşir. Lakin Los-Ancelesdə artıq elektron satış aparatı ilə narkotik əldə etmək mümkündür. Bunun üçün aparatın barmaq izinizə ehtiyacı var. Düzdür, şəhərdə cəmi 3 yerdə bu aparat quraşdırılıb, ancaq onlar 24 saat işləyir.

Bu aparatlar pizza da hazırlaya bilir. Bunun üçün sadəcə lazım olan pulu aparata daxil edirsiniz, 3 dəqiqəyə pizzanız hazırdır.

Pizza nədir ki, aparatdan bişmiş xərçəng də almaq olur. Bizim üçün adi olmasa da, bu, Çində adi bir qidadır. Ona görə də metrostansiyaların çıxışında quraşdırılmış satış aparatlarında rahatlıqla onu almaq mümkündür. Məlumata görə, gündə bu aparatlardan 200-dən çox xərçəng alınır.

Belə aparatlardan çətir də almaq mümkündür. Yaponiya, Böyük Britaniya kimi hər gün yağış yağan ölkələrdə insanların tez-tez ehtiyac duyduğu əşya çətirdir. Çətirin yadınızdan çıxıb evdə, avtobus və ya metroda qalması mümkündür. Lakin bu, problem deyil, küçədəki elektron aparatlarda çətir ala bilərsiniz.

Bu aparatlar kitabxana funksiyasını yerinə yetirir. Məsələn, Kanadada həmin aparatlardan kitab, kompüter oyunları diski götürmək mümkündür. Sadəcə kartınızı aparata yaxınlaşdırırsınız və istədiyiniz disk, yaxud kitabı götürürsünüz.

Futbol topu ala biləcəyiniz aparat: Nyu-Yorkda futbol oyunları üçün yaradılan idman mərkəzlərində tez-tez bu aparatları görə bilərsiniz. Futbol oynayarkən topu uzaq məsafəyə atanlar onu geri qaytarmaq üçün vaxt itirməsinlər deyə bu cür aparatlar quraşdırılıb.

Kim deyir ki, qızılı ancaq mağazadan almaq mümkündür. Ticarət aparatları sizə bir qramdan yarım kiloya qədər qızıl almaq imkanı yaradır. Elektron kartınızı aparata salıb, almaq istədiyiniz miqdarı qeyd etməyiniz kifayətdir. Qəribədir ki, bu aparatların qarşısında tez-tez növbə olur.

Çində insanların neqativ enerjilərini çıxarmaq üçün xüsusi aparatlar quraşdırılıb. Aparatların içərisində müxtəlif növdə qablar yerləşdirilib. Əgər siz işdə əsəbiləşmisinizsə, yaxınlıqdakı aparatın yanına gedib oradakı qablardan istədiyinizi götürüb sındıraraq əsəblərinizi sakitləşdirə bilərsiniz.

Amerikalı şirkətlərindən biri evlilik aparatı da hazırlayıb. Bunun üçün cütlük ad soyadını və özləri haqqında bir neçə informasiyanı aparata yazır. Daha sonra onlar üçün saxta üzük hazırlayır. Cütlük aparatda səslənən musiqi sədaları altında evlənə bilər.

Yatmaq üçün kabinet. Bu otaqda yataq, hətta televizor da var. Bu otaqda qalmağın saatı 15, bir gecəsi isə 50 dollara qədərdir.

Kaliforniyada müxtəlif yerlərdə yemək ala biləcəyiniz aparatlar var. Bunun üçün sadəcə kartınızı yaxınlaşdırmaq kifayətdir. Sifarişiniz hazır olana qədər aparat sizə əyləncəli musiqi dinlədəcək.

Yaponiyada isə sərinləşdirici içkilərlə yanaşı, meyvə, tərəvəz hətta göyərti ala biləcəyiniz aparatlar var. Gəzərkən ürəyi dondurma istəyən yaponiyalı mağaza axtarmır. Küçədəki aparatdan hətta corab, çiçək də ala bilir.

Elektron aparatlar sizə rahat üsulla maşın almaq imkanı da yaradır. Yaponiyada və ABŞ-da bu xidməti görə bilərsiniz. Maşınlar 5 mərtəbəli qarajda saxlanılır. İstədiyiniz maşın barədə bilgiləri aparata yazırsınız və robot sizə həmi avtomobili gətirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir