İş stressi ömrü qısaldır?

Baxış sayı: 1. 158

Amerikalı alimlərin apardıqları araşdırmalara görə, stresli iş insanların ömrünü 33 il qısalda bilir. Amerikanın fərqli bölgələrində yaşayış səviyyələrinə nəzərən aparılan araşdırmada stresli iş şəraitində çalışan insanları ömrünün daha qısa olduğu məlum olub. İrq, təhsil və cinsiyyət nəzərə alınaraq aparılan araşdırmada 10 fərqli iş haqqında müzakirələr aparılıb. İnsanların sığortası, iş saatları, təhlükəsizliyi, ailələrinə zaman ayırması nəzərdən keçirilib.

Fərqli şəhərlərdə yaşayan insanların fərqli həyat tərzlərinə malik olduğunu deyən mütəxəssislər stressin gündəlik həyata pis təsir etdiyini və psixologiyanı korladığını deyiblər. Bununla bərabər, rahat iş istəyi, işsizlik qorxusu, rəqib məsləkdaşlarla düşmənçilik stressi artıran şərtlər arasındadır. Mütəxəssislərin fikrincə, iş şəraitinin yüngülləşdirilməsi insan ömrünün uzanması üçün olduqca önəmlidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir