karyera-aile

İş və şəxsi həyat balansı niyə vacibdir?

Baxış sayı: 388

İş həyatı ilə şəxsi həyat arasındakı sərhədlər günü-gündən daha da qarışıq vəziyyət alır. İş həyatı günün əhəmiyyətli hissəsini tutsa da, şəxsi həyatda yaranan problemlər daha ciddi şəkildə hiss olunur. Amma ideal balansla hər iki cəbhəni səmərəli idarə etmək mümkündür. Sağlam şəxsi həyat da iş həyatına birbaşa təsir edir.

Tam ştat işləyən insanlar günün tempi sona çatdıqca evdəki öhdəliklərini davam etməyə çalışırlar. Bu nöqtədə kişi və qadın arasında aydın fərqlər ortaya çıxır. Tam gün işləyən qadınlar evə qayıdanda ev işlərini və əgər varsa, uşağın məsuliyyətini də öz üzərlərinə götürürlər. Kişi və qadınların stabil bir iş həyatına sahib ola bilmələri şəxsi həyatlarındakı dinamikanın daha müvəffəqiyyətlə irəliləməsinə şərait yaradır. Menecerlərin işçilərin xoşbəxtliyinə daha çox diqqət yetirməsi, iş yerində əmin-amanlığı qurması və problemlərdən çox həll yollarına diqqət yetirməsi iş və şəxsi həyat arasındakı körpünün gücləndirilməsinə imkan yaradır.

ailə və karyera

İş və şəxsi həyatda balansın saxlanılmasına nail olmaq üçün bəzi nüansları bilmək lazımdır. Şəxsi həyat problemlərini iş həyatına gətirməmək, iş yerindəki problemləri şəxsi həyata əks etdirməmək böyük əhəmiyyət kəsb edir. İndiki anda qalmaq çox vacibdir. İşdə olarkən işlərlə və görüləcək işlərlə məşğul olmaq, evdə olanda isə istirahətə vaxt ayırmaq lazımdır.

Vaxt itkisi və lazımsız diqqəti yayındıran amillərin aradan qaldırılması, vaxtdan daha səmərəli istifadə etməyi asanlaşdırır. Kiçik işlər üçün praktik həllərin yaradılması günə dəyər qatır. “Xeyr” deyə bilmək əsasdır. Zəruri hallarda bu sözün istifadəsi gündəlik və ya həftəlik planların pozulmamasını və həmişə nəzarəti saxlamağınızı təmin edir.

 

Əvəz Həsənov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir