MASİN

İşlənmiş avtomobil alarkən nələrə diqqət etməli? – 7 ƏSAS SUAL

Baxış sayı: 1. 911

Bəzən almaq istədiyiniz avtomobilin axtardığınız maşın olub olmadığını aydınlaşdırmaq üçün satıcıya lazımi sualları verərkən çətinlik çəkirsiniz. Beləliklə, maşın haqqında nə soruşmalı? Maşının köhnə sahibinə verilməli sualların siyahısı (ancaq inanmayın ki, alacağınız cavablar 100% dürüst olacaq )

1. Maşın harada qeydiyyatdadır? – onun satışı necə rəsmiləşdiriləcək?

2. Kuzov – Maşın qəzaya uğrayıb?  (kuzovun geometriyasını daha diqqətlə nəzərdən keçirmək üçün bəhanə) – Maşın rənglənib? (kuzovun geometriyasını daha diqqətlə nəzərdən keçirmək üçün bəhanə) – Maşın korroziyaya uğrayıb? ( adətən, korroziyaya uğramış hissələrdə çürümə gedir) – Astanalar nə vəziyyətdədir? (Çürümüş astanalı maşınları almaq məsləhət deyil – onlar, adətən, maşının ümumi vəziyyətindən xəbər verir)

3. Mühərrik – 10 000 km məsafəyə nə qədər yağ işlədir? (5 litrdən çoxdursa – kritik hesab etmək olar!) – Motordan kənar səslər gəlir? (Sıxılmanı ölçmək və təmirin qiymətini müəyyənləşdirmək üçün motoru ustaya göstərməyə bəhanə ) – Texniki yağlarda sızıntı varmı? (əgər maşına yaxşı baxılıbsa, sızıntı olmamalıdır) – şəhərdaxili yanacaq sərfiyyatı (bu göstəriciyə əsasən bütün digər ikinci dərəcəli aqreqatların, oksigen ötürücüsünün işini, havanın ötürülmə germetikliyini nəzarətdə saxlamaq olar) – termal mufta işləyir ya yox? – Mühərrikə hansı yağ və hansı zaman aralığı ilə tökülür? (maşının təxmini istismar şərtləri və maşın sahibinin “xərcəsalan”ların alışına münasibətdə qənaət edib etmədiyi haqqında təsəvvür əldə etmək olur) – Hansı yanacaqdan istifadə edilir? (satıcı maşında qənaət edir ya yox)

4. Salon – salonun ümumi vəziyyəti necədir? – salonda qeyri –işlək vəziyyətdə olan hissə varmı? – soba üfürür? (təmirin təxmini qiymətini müəyyənləşdirmək üçün) – kondisioner işləyir? (təmirin təxmini qiymətini müəyyənləşdirmək üçün) – cərəyanla işləyən avadanlıqlardan hansı işləmir? (naqil və cərəyanla işləyən hissələri daha diqqətlə nəzərdən keçirmək üçün bəhanə)

5. Asma – ön/arxa amortizatorlar nə vəziyyətdədir? (təmirin təxmini qiymətini müəyyənləşdirmək üçün) – ön/arxa asmalarda kənar səslər var? (təmirin təxmini qiymətini müəyyənləşdirmək üçün)

6. Transmissiya (adətən bu mövzuda sizə çox az adam aydın məlumat verəcək , əsasən, sürət qutusunun işi haqqında məlumat verə biləcəklər) – Qoşma diski nə vəziyyətdədir ? (ancaq mexaniki sürət qutusu üçün) –mexaniki sürət qutusu (Kənar səslər var?) – avtomatik sürət qutusu (Yerindən tərpənəndə və sürət dəyişəndə sıçramalar olurmu, qutuda sürüşmə varmı?) cavab XEYR olmalıdır, əks halda sizi sürət qutusunun təmiri gözləyir, o isə çox bahadır.

7. Maşının istismarı ilə bağlı ümumi suallar – Maşını neçə müddətdir istifadə edirsiniz?  (bu yaxınlarda alıbsa və artıq satırsa – ehtiyatlı olmaq lazımdır) Maşına harada qulluq edilir və təmir olunur? Qarajda özün edirsən? Servis? Mamed əmi? (maşın sahibinin təmirdə qənaət edib etmədiyini və maşında hansı dərəcə və keyfiyyətdə işlərin görüldüyünü bu yolla başa düşmək olar) – Maşında edilmiş ən iri dəyişikliklər, sınma və təmirlər hansılardır? (Əgər maşın sahibi yalan danışmırsa, onda bu, içində ən ağır xəstəliklərin tarixçəsi olan virtual xidmət kitabçasıdır) və sonda, sadə olsa da hərdən çaşdırıcı sual– Həqiqətən, siz onu niyə satırsınız? Adətən, bu cür sorğu-sualdan sonra maşınla nə etmək lazım olacağı məlum olur! İndi isə, aldığınız bütün cavablar sizi qane edirsə, maşını yoxlatmaq üçün avtoservisə gedə bilərsiniz!

Getməzdən öncə mütləq yadınızda saxlayın:

Satıcının sözdə verdiyi heç bir təminata inanmayın! Hər şeyi ÖZÜNÜZ yoxlayın!

Unutmayın! Onun vəzifəsi – SATMAQDIR!

Uğurlar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir