toyuq

İspaniya mətbəxindən sobada sarımsaqlı toyuq – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 158

“Gencaile.az” saytının ənənəvi olaraq hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var” rubrikasında bu dəfə xarici ölkə mətbəxinə müraciət etmişik. Belə ki, bu gün İspaniya mətbəxindən sobada sarımsaqlı toyuğun hazırlanma qaydasından bəhs edəcəyik.

 

Ərzaqlar:
– 4 ədəd toyuq budu (bud dibi ilə birlikdə),

– 8-10 diş sarımsaq,

– 8 təzə kartof,

– Yarım stəkan zeytun yağı,

– Duz, qara bibər,

– Təzə kəklikotu.

 

Hazırlanması:
Toyuq budlarını soba nimçəsinə yerləşdirin. Kartofları yaxşıca yuyub qabıqlarını soymadan dilimləyin və toyuqların aralarına yerləşdirin. Sarımsaq dişlərini qabıqlı olaraq əlavə edin. Duz, qara bibər səpib, üzərinə zeytun yağı gəzdirin. Təzə kəklikotu budaqlarını toyuğun üstünə düzüb üzərini yağlı kağız ilə bağlayın və 190 dərəcə sobada qızarana qədər bişirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir