geyim

İstənilən yaz obrazını bahalı göstərən rənglər

Baxış sayı: 456

Qarderobunuzun bahalı və mürəkkəb görünməsi üçün ona böyük məbləğdə pul yatırmaq əsas şərt deyil. Bəzən dəbdəbəli görünmək üçün sadəcə düzgün rəng seçmək kifayətdir. Mövsümün beş dəbli çaları bu vəzifənin öhdəsindən mükəmməl gələcək.

 

Lavanda

Victoria Beckham весна-лето 2023

Bənövşəyi bir neçə mövsümdür ki, trendlər siyahısını tərk etmir, lakin rəngin hər çaları eyni dərəcədə effektiv deyil. Ən yaxşısı lavanda bənövşəyisi olacaq, bu ton sakitdir, eyni zamanda diqqəti cəlb edir. Bahar üçün mükəmməl seçimdir.

 

Şalfey (Adaçayı)

Emporio Armani весна-лето 2023

Yaşılın bütün çalarları arasında ən nəcibi bəlkə də adaçayı çalarlarıdır. Boz-mavi alt tonu olan bu mürəkkəb rəng həmişə bahalı görünür və yumşaqlığı sayəsində demək olar ki, hər kəsə yaraşır.

 

Krallıq mavisi

Atlein весна-лето 2023

Göyün bu çaları ona görə, krallıq mavisi adlanır ki, Böyük Britaniya Kraliçası Meklenburq-Strelitz Şarlotta bu rəngi çox sevirdi. Kral mavisi çox zərif və nəcib görünür, həm də istənilən obraza asanlıqla uyğunlaşır, gündəlikdən həftə sonuna qədər.

 

Oxra (Açıq qəhvəyi rəngli təbii boya)

Giambattista Valli весна-лето 2023

Oxra payız-qış qarderobunun ənənəvi rəngidir, lakin yaz və yay aylarında da istifadə oluna bilər. İstənilən obraza asanlıqla uzlaşan sakit bir ton seçin.

 

Kərə yağı

Miu Miu весна-лето

Hazırkı yaz-yay kolleksiyalarında kərə yağının bir çox çalarlarına rast gəlmək olar. Lakin açıq sarı xüsusilə üstünlük təşkil edir. Bu rəng ümumi görünüşə istilik qatacaq, eyni zamanda daha yumşaq və sakit obraz əldə etməyə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir