YEMEK

İsti havalarda necə qidalanmalı?

Baxış sayı: 137

İsti və rütubətli hava orqanizmdə baş verən maddələr mübadiləsinə öz təsirini göstərir. Belə ki, isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə və ürək bulanması kimi hallar yarana bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı qidalanma ilə yay aylarında insanların tez-tez rastlaşdığı bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.

Qışda daha çox isti xəmir xörəklərinə, yaz-payız aylarında  zəngin vitaminli meyvələrə üstünlük verilir. Yay mövsümündə isə əsasən meyvə-təvəzlər, az yağlı yüngül yeməklər rahatlıq üçün ən çox üz tutulan qidalardır.

Maye qəbulu , xüsusilə də sərin içkilərdən isti havalarda daha çox  istifadə edilir. Ancaq burada da diqqət yetirilməsi lazım olan məqamlar var. Mütəxəssislərin sözlərinə görə, bəzən insanlar səhv olaraq həmin mövsümdə energetik, qazlı və şəkərli  içkilərə meyil edirlər. Əslində isə yayda onların qəbulu məhdudlaşdırılmalıdır. Qızmar yay günlərində istifadəsi tövsiyə olunan digər qida qrupu isə süd məhsullarıdır. Bu fəslidə qatığa və ondan hazırlanan sərin içkilərə üstünlük vermək olar. Bütün fəsillərdə olduğu kimi, yayada da gündə ən azı 3 dəfə qidalanmaq vacibdir. Günə mütləq səhər yeməyi ilə başlamaq lazımdır. Soyuq havalarda səhər yeməyi zamanı qəbul etdiyimiz şirniyyatları və un məmulatlarını yay aylarında az yağlı pendir və ağartı məhsulları ilə əvəz etmək lazımdır. Səhər yeməyi zamanı xiyar, pomidor, bibər kimi mövsümi tərəvəzlərdən qəbul etmək daha faydalıdır. Günorta yeməyi zamanı isə yağda qızardılmış qidalara deyil, közdə bişmiş qidalara üstünlük verilməlidir.İsti havalar səbəbindən meydana çıxan halsızlığı aradan qaldırmaq üçün tərkibi minerallarla zəngin qidalara üstünlük verilməlidir. Qanda şəkərin miqdarını qaldıran qidalardan uzaqlaşmalı, şirniyyatlara və kakaolu qidalardan uzaq durulmalıdır. Kakao və ləpəli dondurmaları südlü və qaymaqlı dondurmalarla əvəz etmək lazımdır. Bol miqdarda su içmək mütləqdir. İsti havalarda az miqdarda su içmək orqanizmdə bir çox patoloji dəyişikliklərin meydana çıxmasına səbəb olur. Bu səbəbdən də yay aylarında gün ərzində ən azı 12-14 stəkan su qəbul edilməlidir.

İnsanlar yay aylarında çimərlikdə və istirahət zamanı rahat geyinib gözəl görünə bilmək üçün çox vaxt pəhrizlərə üz tuturlar. Pəhriz hər şeydən əvvəl sağlam həyat tərzi deməkdir. Əgər biz sağlam həyat tərzini mədudlaşdırsaq bunun sadəcə zərərini yaşaya bilərik. Hər mövsümdə sağlam qidalanaraq pəhriz saxlaya bilərik.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir