İt sahiblərini sevindirən araşdırma

Baxış sayı: 1. 615

“BBC”-də yayımlanan “Pişiklər və itlər” adlı sənədli film üzərində işləyən nevroloq Pol Zak itlərlə bağlı maraqlı bir həqiqəti üzə çıxarıb.

Pol Zakın apardığı araşdırma itlərin öz sahiblərini pişiklərlə müqayisədə 5 dəfə daha çox sevdiyini göstərib. Araşdırma zamanı heyvanların “oksitosin” (sevgi hormonu) səviyyələri ölçülüb.

Əvvəlcə, heyvan sahibləri özünün iti və ya pişiyi ilə oynayıblar. 10 dəqiqə sonra heyvanlar başqa bir otağa yığılıb. Yarım saat sonra yenidən sahibləri ilə görüşdürülən itlərdə “oksitosin” hormonunun səviyyəsi bir anda 57.2 faiz artıb. Pişiklərdə isə, sadəcə, 12 faiz artım müşahidə olunub.

Araşdırmanın ən maraqlı nəticəsi isə odur ki, insanlar öz qardaş və ya bacılarını görəndə sevgi hormanları, sadəcə, 40-58 faiz artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir