KARTOF

Kartof dolması yemisiniz? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 318

Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, “3 bacı” dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı. Bəs heç kartof dolması yemisiniz? “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə fərqli kartof dolmasının reseptini təqdim edirik.

 

Ərzaqlar:

6 ədəd kartof

Qızartmaq üçün duru yağ

200 qram az yağlı qıyma
2 xörək qaşığı zeytun yağı
1 ədəd soğan
2 diş sarımsaq
1 çay qaşığı pomidor tomatı

1 çay qaşığı istiot

Duz

 

Servis üçün:

Nanə qurusu

Qırmızı istiot

 

Hazırlanması:

Kartofların içini oyun və duru yağda qızardın. Qıymanı, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığınız içliyi kartofların içinə yığın. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir