kartof

Kartoflu vareniklər necə hazırlanır?

Baxış sayı: 640

Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var” rubrikamızda sizə həm fərqli, həm də, bir o qədər dadlı olan kartoflu varenik resepti təqdim edirik.

Xəmiri üçün

Un – 2 stəkan

Su (ilıq) – yarım stəkan

Yumurta – 1 ədəd

Xama – 1 çay qaşığı

Narın xörək duzu

İçlik üçün

Kartof – 3 ədəd böyük ölçülü

Böyük baş soğan – 1 ədəd

Sarımsaq – 2 diş

Narın xörək duzu

Qara istiot – zövqə görə

Dəfnə yarpağı – 1 ədəd

Zeytun yağı

Xama – 1 çay qaşığı

Süd – 2 xörək qaşığı

Bir az ya quru nanə, ya da ki, təzə nanə

Sarıkök – 2 çimdik

 

Hazırlanması

Un, yumurta, su, duz və xama qarışdırılıb xəmir yoğurulur. Xəmir əldən ayrılana qədər yoğurmaq lazımdır. Xəmiri örtüb saxlayırıq və içliyi hazırlayırıq. Kartofu yuyub, qabıqlarını soyub, kiçik kub formasında doğrayıb bişməyə qoyuruq. Bir az qaynadıqdan sonra dəfnə yarpağını yuyub qazana əlavə edirik. Sonra soğanı və sarımsağı xırda-xırda doğrayıb əlavə edirik. Tam bişdikdən sonra dəfnə yarpağını götürürük, kartofu kartof əzənlə əzirik, püre halına salırıq. Sonra südü, xamanı, duzu, istiotu, nanəni, sarıkökü əlavə edirik, qoyuruq qaz sobasında 2 dəqiqə qalır və götürürük. Sonra xəmiri yayırıq, stəkanla yumru dairələr kəsirik. İçliyi xəmirə doldururuq və sanki kiçik şəkərburalar alınır, xəmirlərin ağzını da, şəkərbura kimi bükürük. Və hazır varenik xəmirlərini zeytun yağında peraşki kimi qızardırıq. Hazır olduqda isə mayonez və ya xama ilə servis edə bilərsiniz. Mən məsələn, mayonez ilə servis etdim.

Qeyd edim ki, xəmirə xamanı qatmaq onu daha yumşaq və dadlı edir, eyni zamanda içliyə də əlavə etmək. Soğanı qovurmadan əlavə etmək isə daha fərqli, “incə” dad qatır.

Məsləhət görürəm, siz də  bu dadlı vareniklərdən hazırlayıb evdəkiləri sevindirəsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir