6560ab0019c606560ab0019c6117008340486560ab0019c5e6560ab0019c5f

Kişi hərəmxanaları – Çoxərli qadınlar, taxılan buynuzlar, atası bilinməyən varlı uşaqlar

Baxış sayı: 333

Tarixdə varlı və güclü kişilərin hərəm saxlaması faktları çoxdur. Bu məlumatla artıq  heç kimi təəccübləndirə bilməzsən. Müasir dünya da da çoxarvadlılıq qeyri-adi hal sayılmır. Amma çox az adam bilir ki, müxtəlif xalqların tarixində kişi hərəmxanaları da mövcud olub. Əslində hələ də var desək, daha doğru olar.

Poliandriya təcrübəsi Cənubi Amerika, Hindistan, Nepal, Malayziya, Tibet və bəzi Afrika qəbilələrində mövcud olub və az da olsa hələ də qalmaqdadır. Ancaq qadın və kişi hərəmləri arasında bir əsas fərq var idi.

 Qadın hərəmləri, çox vaxt, ixtiyarında mümkün qədər çox gözəl qadının olmasını istəyən hökmdarın əylənməsi üçün mövcud idi. Qadın hərəmləri həm də praktik xarakter daşıyırdıdi: məsələn, hökmdarın arvadı hamilə qala bilmirdisə və varis lazımd idisə, cariyələrdən biri onu dünyaya gətirə bilərdi.

Ancaq kişi hərəmləri şıltaqlıq deyil, əsl zərurət hesab olunurdu.  Bioloqlar müəyyən ediblər ki, təbiətdə bir çox kişi ilə cütləşən dişilərin daha güclü nəsilləri olur. Balalar daha iri və sağlam doğulmuş, daha sürətli inkişaf etmiş, xəstələnməmiş və daha uzun yaşamışdır. Ona görə də qadın gələcəkdə ailəni davam etdirə biləcək sağlam, güclü övlad sahibi olmaq istəyirsə, onun yanında iki və ya daha çox ərin olması lazım idi.

Poliandriyanın iki növü var – qohum və qohum olmayan kişilərdən ibarət ailə. Qohumluq poliandriyası ən çox kasıb ailələrdə müşahidə olunurdu və onsuz da cüzi olan əmlakı bölüşməmək üçün qardaşlar eyni və əksər hallarda varlı qadınla evlənirdilər. Belə bir evlilik qardaşların eyni evdə yaşamasına, torpağı saxlamasına və ev təsərrüfatını birlikdə idarə etməsinə imkan verirdi.

Qohum olmayan kişilərin eyni qadınla evlənməsi qadının güclü statusu ilə əlaqədar olurdu.
Bu qadınlar ərlərini özü seçirdi, onların sayını da özü müəyyən edirdi. Belə ailənin kişiləri öz aralarında məişət vəzifələrini, həm də ortaq arvadla yataq gecələrini növbəylə bölüşürdülər.

Tipik olaraq, poliandriya qadını hər gecə, hətta gecə bir neçə dəfə evlilik vəzifələrini yerinə yetirməyə məcbur edirdi. Buna görə də bu cür evliliklərdə kifayət qədər çox uşaq dünyaya gəlir. Uşaqlar bütün ataları tərəfindən böyüdülürdü, çünki uşağın atasının kim olduğunu tapmaq mümkün deyildi. Adətən qadınlar özlərinə 4,5,7 ər seçirdilər.

Tarixdə kişi hərəmləri Şumerdə, Midiyada, İranda, Orta Asiyada, Əfqanıstanda, Romada kişi hərəmlərinin olmasına dair  məlumatlar var.

Şimali Hindistanda , Tibetdə, Afrikanın cənubunda yerləşən bir sıra dövlətlərdə çoxərlilik indi də qalmaqdadır. Afrikada çoxlu sayda kişi ilə evlənən qadınlar başlarına ərlərinin sayı qədər buynuz olan papaq geyinirdilər.

Günümüzdə arvadları xəyanət edən kişilər haqqında “buynuz taxmaq” ifadəsi də belə yaranıb. Keniyada, Nigeriyada, Tanzaniyada, Okeaniya adalarında çoxlu əri olan qadınlar böyük hörmət sahibidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir