Kişi xarizmasını cızan 8 hərəkət

Baxış sayı: 1. 289

Kişilər xarizmalarını hər zaman qorumağa çalışırlar. Xüsusən də qadınların yanında. Çünki xarizma cızıldısa, hörmət-izzət, sözün kəsəri də qalmır. Bəs, görəsən, kişilərin üstündə belə əsdikləri xarizmanı cızan nələrdir?

Qadınla görüşərkən ovcun tərli olması.

Tualetdən çıxarkən nəmli əllərlə qadınla əl sıxışıb “tanışlığımıza şad oldum” demək.

İçib başı dumanlanandan sonra yanındakı qadını unudub, gözlərini başqa bir qadına zilləməsi.

Sifariş verərkən yanındakı qadının gözlərinə baxıb, “içki cinsəlliyi öldürür” deyərək nanəli limonad sifariş verməsi.

Çox ünsiyyətcil və istiqanlı olduğunu sübut etmək üçün havadan, sudan danışması…

Sevgidən həyəcanlanmış kimi danışarkən ağzının seliyini qarşısındakının üzünə sıçratması.

Şalvarının zəncirbəndini bağlamağı unutması.

Corabı ilə şalvarın balağı arasından tüklü ayaqlarının görünməsi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir