xeyanet

Kişilər əslində, hansı səbəbdən xəyanət edir?

Baxış sayı: 236

Kişilərin xəyanət etmə səbəbləri bu mövzu ətrafında aparılan müzakirələrdə ən çox müzakirə olunan mövzulardandır. Təbii ki, bunun bir yox, bir neçə səbəbi var. Türkiyədə cinsi sağlamlıq üzrə araşdırmaçı alimlər isə bir neçə qadının tərbiyəsi altında böyüyən kişilərin öz həyat yoldaşına daha çox xəyanət etdiyini iddia edir. “Gencaile.az” türkiyəli terapevt Taner Canatarın məsələ ilə bağlı açıqlamasını təqdim edir:

xeyanet

3 yaşına qədər olan dövrdə ananın səsi, qoxusu, temperaturu, qayğısı və hətta baxışları uşağın psixologiyasına dərindən təsir edir. Lakin işgüzar qadınlar ana olduqdan sonra seçim etmək məcburiyyətində qalırlar. Onlar uşaqlarını dayə və ya yaxın insanların yanında qoyurlar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, birdən çox və bir-birindən fərqli fiziki və emosional fərdlər tərəfindən böyüdülən oğlan uşaqları bir adama bağlana bilmirlər.Buna belə bir misal çəkə bilərəm: sarışın-ağ dərili bir ana və əsmər-tünd dərili bir qayınana, yaxud incə qara gözlü bir ana və kök mavi gözlü bir baxıcının böyütdüyü uşağın psixologiyası qarışır. Bu hal uşağın şüuruna təsir edir və gənc yaşlarında, evlilik illərində bu problem özünü göstərməyə başlayır. Ancaq bu, birdən çox və fərqli xüsusiyyətdə qadınlar tərəfindən böyüdülən hər kişiyə aid edilmir. Hər zaman olduğu kimi burada da istisnalar ola bilər”.

Xatırladaq ki, daha əvvəl aparılan araşdırmalarda ailədə atanın xəyanət etməsinin də oğlan uşaqlarının psixologiyasına təsir etdiyi iddia olunurdu. Belə ki, əgər ata xəyanət edirsə, oğulun da gələcəkdə öz həyat yoldaşına xəyanət etmə ehtimalı yüksək olduğu bildirilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir