VALIDEYN

Kişilər ata olandan sonra depressiyaya düşürlər – ARAŞDIRMA

Baxış sayı: 1. 771

Rusiya mətbuatının yazdığına görə, araşdırmalar hər 5 kişidən birinin ata olduqdan sonra depressiyaya düşdüyünü sübut edib.

Belə ki, üzərində müşahidə aparılan ataların 21 faizi övladlarının 12 yaşı olana qədər mütəmadi olaraq depressiyadan əziyyət çəkirlər. Araşdırmalar zamanı 87 min ailə üzərində müşahidə aparılıb. 1993-2007-ci illərdə həkimə müraciət edən gənc ataların beşdə birinin depressiya əleyhinə müalicə olunduğu məlum olub.

Maraqlı məqam isə odur ki, körpələri dünyaya gələrkən gənc ataların cəmi 3%-i ruh düşkünlüyü yaşayır. Lakin zaman keçdikcə bu göstərici artır. Belə ki, övladı 4 yaşında olan ataların 10%-i, 8 yaşında olanların 16%-i, 12 yaşında olanların isə 21%-i depressiyadan əziyyət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir