olum

Kişilər niyə qadınlardan tez ölürlər?

Baxış sayı: 387

“Ürək-damar xəstəlikləri kişilər arasında daha çox yayılıb. Bu da kişiləri vaxtsız ölümə aparan səbəblərdən biridir”.

Bunu sosioloq Əhməd Qəşəmoğlu qadınların kişilərdən daha çox uzunömürlü olmasının səbəblərindən danışarkən dedi.

Onun sözlərinə görə, kişilərin dünyasını daha tez dəyişməsinin səbəblərindən biri öldürücü xəstəliklərin yayılmasıdır:

“Belə xəstəliklər kişilər arasında daha çox yayılır. Bundan əlavə, kişilər yol-nəqliyyat hadisələrində, dava-dalaşda, müharibədə daha çox ölürlər, orduda, həbsxanada üstünlük təşkil edirlər. Bunları bir yerə toplayanda böyük faiz edir”.

8a6062d2f05940a6525444d76d5f79f41668751138_a6718bb57e7c6407602f8cd6bd151c5111-jpg-jpg.jpg (32 KB)

Əhməd Qəşəmoğlu bildirir ki, kişilər arasında risk qrupları daha çoxdur:

“Kişilər arasında müxtəlif risklərdən ölənlər daha çoxdur. Digər bir vacib məqam kişilərin qadınlarla müqayisədə daha əsəbi olmalarıdır. Bu hal da onların səhhətinə ciddi təsir edən amillərdəndir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir