geyim

Kişilərin nifrət etdiyi qadın geyimləri

Baxış sayı: 1. 980

Qadınların yüzlərlə manat xərcləyərək aldığı və sevərək geyindiyi bəzi geyimlər kişiləri qıcıqlandırır. Bəs bu kateqoriyaya hansı geyimlər daxildir? Kişilərin sevmədiyi qadın geyimlərini təqdim edirik.

 

Tulum
Tulum son bir necə mövsümün ən çox diqqət çəkən geyimidir. Olduqca rahat olan bu geyimi kişilər o qədərdə sevmir. Çünki onlar tulumun qadın üçün geyim olmadığını düşünür.

Smokin
Qadınlar bu növ geyimlərdə cazibədar göründüklərini iddia edirlər. Düzdür. Amma etiraf edək ki, bu kişilərə aid geyimdir və onlara daha çox yaraşır.

Enli şalvar

Bir necə il öndə dəb aləminə gətirilən yarısı olduqca enli olan bu şalvar qadınların sevimliləri siyahısına düşsədə, kişilərin ürəyinə yol tapa bilməyib. Kişilər onun qadın gözəlliklərini ört basdır etdiyini düşünürlər.

Qladiator sandalı
Kişilər bu ayaqqabının olduqca qarışıq, qapalı olduğunu düşünürlər. Güclü cinsin nümayəndələri qadınların ayaqlarında daha sadə və zərif ayaqqabılar görmək istəyirlər.

Lasin
Qadınlar bu geyimi rahatlığına görə sevirlər. Kişilər isə onun qadınların sirgi görünüşünü məhv etdiyini düşünürlər.

Ugg
Ugg rahat tüklü qış ayaqqabısıdır. Məhz bu xüsusiyyəti onu qadınların sevimlisi edib. Kişilər isə birmənalı olaraq bu ayaqqabıların qadınları çirkiləşdirdiyini düşünürlər.

Platforma
Kişilər bu ayaqqabıların kobud göründüyünü düşünürlər. Onların hündürdaban və incə görünüşlü ayaqqabıların qadınlara daha çox yaraşdığın düşünürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir