gitara ve yataq

Kişinin bacarıqlı olması ilə cinsi bacarığı arasında bir əlaqə varmı?

Baxış sayı: 1. 192

Bəzi əlamətlər kişinin yataqdakı performansı ilə bağlı ipucları verir. Bəs bacarıqlı olması ilə cinsi bacarığı arasında bir əlaqə varmı?

 

Gitara çala bilirsə… Gitara çalan kişilər seksual olmaqla yanaşı iki əlləri ilə tamamilə fərqli şeylər edə bilirlər. Bu da seks zamanı daha həyəcanlı dəqiqələr keçirmənizə kömək edər.

Mütəxəssislər aktyor yönü güclü olan kişilərin mükəmməl bir sevgili olduğunu deyirlər. Əgər sevgiliniz musiqiçi, ya sənətçisidirsə, onda çox şanslısınız. Qızların çoxu musiqiçi, sənətçi oğlanlara ciddi yanaşmasalar da, onlara alıcı gözü ilə baxsanız, içlərindəki gizli cinsi potensiala təəccüblənəcəksiniz.

 

Salat xoşlayırsa… Sevdiyiniz kişini yemək yeyərkən diqqətlə izləyin. Çünki o an sərgilədiyi hərəkətlər bədəninizlə necə davranacağına bir növ işarə edir. Saniyələr içində qarşısındakı yeməyi bitirirsə, anlıq zövqlərdən xoşlanır demək. Ət yeməyən, vegetarian kişilərin yüksək xolesterol və ya piylənməyə yoluxma riski çox azdır.

 

Əgər pəhrizi çox sərtdirsə, performansı bundan çox təsir görə bilər. Buna görə müntəzəm şəkildə C vitamini və dəmir qəbul etməsi lazımdır. Çoxlu kərəvəz yeməsi həm qadının, həm də kişinin cinsi istəyini artırır.

 

Çox pul qazanırsa… Aparılan bir araşdırma, sevgililərin qazandığı pulun miqdarı artdıqca qadınların orqazm səviyyələrinin artdığını ortaya çıxarıb.

Əsasən yataqda ikən kredit kartlarını düşünməyən bir kişi digərlərindən fərqli olaraq daha çox bacarıqlı olur. İnsanların çoxu müntəzəm orqazm olmaq üçün özünü güvəndə hiss etmək istəyir. Bunun da yolu maddi sərbəstlikdən keçir. Məsələn, bir insan gördüyü işinə görə xoşbəxtdirsə, həyatda da sevincli insandır. Amma əgər işsizdirsə və işdəki probleminə görə üzgündürsə, seksə qarşı da laqeydlik yaşayır.

 

Müntəzəm idman edirsə… Bir kişinin yataqda enerjili olub-olmadığını bilmək istəyirsinizsə, öncə fit olub-olmadığına diqqət etməlisiniz. Çəkili insanlarda endorfin ifrazını təmin edən MSH hormonu yüksək nisbətdə olur. Bu da onların performansını artırır.

 

Rahat davranırsa… Araşdırmalar rahat davranan, sosial birinin daha çox həzz almağa meylli olduqlarını ortaya çıxarıb. Bu da onların yataqda hər zaman yeni şeylər sınamağa hazır olduqlarına işarədir. Ən yaxşı üstünlükləri isə ön sevişmə üçün çox vaxt ayırmalarıdır. O, özünə güvənirsə, siz də özünüzə güvənməyə başlayırsınız.

 

Dostcanlı tiplər seks məsələsində daha rahat və daha qaneedici olurlar.

 

Onunla bayıra çıxanda bədən dilinə diqqət edin. Əllərini və qollarını qovuşdurmur, baxışlarınızı yaxalayırsa, “səni istəyirəm” mesajı vermək istəyir. Tez-tez boynuna toxunursa, boynunuzu öpmək istəyir.

 

Mesajları ilə özünü açıq ifadə edirsə... İstənilən biri olmaq çox möhtəşəm hissdir. Ona sevgi dolu mesajlar atanda ön sevişməyə başlamaq istəyir, sizə açıq məzmunlu mesajlar göndərirsə, yataqda nə istədiyinizə önəm verdiyini göstərir. Bir kişi eyni şeyləri sınamaqdan və ona yol göstərmənizdən xoşu gəlir. Yox, əgər bu mesajları sizi narahat edirsə, onda tez bir zamanda ondan ayrılın.

 

Yanınızda rahat davranırsa… Çox qadın kobud xarakterli kişilərin daha seksual odluğunu düşünür. Amma yaxşı bir seksin sirri özünüzü daha yaxşı ifadə etməkdən keçir. Yəni sevdiyinizin gəzməyə gedərkən aıaq düşüncələri, nəzakətli davranması yataqda da eyni davranacağına işarədir.

 

Belə halda siz də öz ehtiraslarınızı ona açıq şəkildə danışmaqda rahat ola bilərsiniz.

 

Ona güvəndiyinizdə, onun yanında güvəndə hiss etdiyinizdə orqazmların ardı-arası kəsilməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir