komputer

Kompüterin uşaqlara xeyirlidir, yoxsa zərərli? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 384

Komputer artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib. Dünya əhalisinin böyük hissəsi günün əksər hissəsini komputer qarşısında keçirir. Hələ ki, komputerin insan orqanizminə zərəri haqda dəqiq məlumatlar verilməsə də, onun zərərinin olması da istisna olunmur.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də elektron poçtdan istifadə edənlər kifayət qədərdir.

Komputer oyunları uşaqların da sevimli məşğuliyyətinə çevrilib. Azyaşlılar internetdəki müxtəlif oyunlara xüsusi maraq göstərir və günlərinin böyük bir hissəsini internet klublarda kompyuter  arxasinda keçirir. İnternet klublarda keçirilən vaxtla paralel bu prosesə aludə olan uşaqların sayı da durmadan artır. Bu vəziyyətdə isə “komputerin uşaqlara xeyirlidir yoxsa zərərli” sualı aktuallığını hər keçən gün bir qədər də artırır.

almara Melikova

Mövzuyla bağlı müraciət etdiyimiz PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağa qızı deyir ki, zehnin inkişafına kömək etmək üçün uşaqlara 3 yaşından sonra komputerdən istifadəyə icazə vermək olar. Ancaq bu zaman müəyyən məhdudiyyətlər qoyulmalıdır. Uşağın komputer qarşısında nə qədər oturacağı və ondan necə istifadə etməsi valideyni tərəfindən düzgün təyin olunmasi əsas şərtdir. Ancaq əksər hallarda uşaqların internetdən istifadəsi diqqətdən kənarda qalır bu isə onların xoşagəlməyən saytlara daxil olmasına şərait yaradır.

Almara xanim bildirir ki, azyaşlılarda maraq hissinin daha güclü olması onları internet dünyasının da mənfiliklərinə daha çox maraq göstərməyə sövq edir. Bu isə uşaq psixologiyasını, tərbiyəsını ciddi zərbə altında qoyur: Ancaq bu demək deyil ki, uşağı komputerdən mərhum etmək lazımdır. Əgər uşaq valideynlərin nəzarəti altında komputerlə maraqlanarsa bu uşağın  dünyagöruşünə, fərdi inkişafına müsbət təsir göstərə bilər. Məsələn komputerdən düzgün istifadə uşaqların hadisələrə cəld reaksiya vermə qabiliyyəti, əşyaları virtual qavrayışı, yaddaşı, diqqətliliyi artırır.

“Gencaile.az” saytına açıqlamasında komputerin zərələrindən də bəhs edən psixoloq aşağıdakı fikirləri səsləndirdi:” Mənfi cəhəti isə ondan ibarətdir ki, internetdən çox istifadə etdikdə bu, ilk növbədə, uşaqlarda komputer asılılığı yaradır. Bu asılılıq da psixoloji  duruma  çevrilir ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək olar.  Bu asılılıq uşaqların səhhətinə ciddi şəkildə zərər vurur. Belə ki, ilk növbədə  çox uşaqlarda  vurtual aləmə daha çox maraq yaranması nəticəsində asosiallıq yaranır, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, plansiz gün rejiminə,yorğunluğa və s. narahatlığlara səbəb olur. Həmçinin uşaqların komputerin qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir. Həssas psixologiyası olan uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional komputer oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra  əsəbilik, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı onlarda fobiyalar  – qorxu hissi əmələ gəlir. Valideynlərə uşaqlara komputer istifadəsini limitli və məqsədli  şəkildə öz nəzarətləri altında icazə vermələrini tövsiyə edərdim.”

 

Təqdim etdi: İlahə Atəş




6 şərh “Kompüterin uşaqlara xeyirlidir, yoxsa zərərli? – PSİXOLOQ RƏYİ

  1. Nəriman Qafarov

    Kiçik-böyük, evində kompüter olan-olmayan hər bir uşaq oyun oynamağı xoşlayır. Uşaqların əksəriyyəti dostları ilə oyun oynamaq, ya da kitab oxumaq əvəzinə kompüterdə oynamağa daha çox üstünlük verir. Kompüteri olanlar evdən çıxmır, saatlar la kompüterin qarşısında oturur, olmayanlar isə internet klublara gedirlər. Bu, heç də yaxşı hal deyil.

    Cavabla
  2. Leyla Adilova

    Mütəxəssislər isə, kompüterdən şüursuzca başda istifadə et məyin fiziki və ruhi sağlamlıqla bağlı problemlər olmaqla, olduqca ciddi mənfiliklərlə nəticələndiyini dilə gətirirlər. Almara xanımın yanaşmasını da bəyəndim. Təşəkkür edirəm

    Cavabla
  3. Aysel Cəfərova

    . Uşaqların aqressiv oyun oynaması, sürətli maşın sürmə səhnələri, döyüş və hərbi oyunlara üstünlük verməsi nəticəsində onlarda artıq həyəcan, stres və əsəbilik yaradır. Bu kimi oyunlarda uşağın qəhrəmanı onun şüuraltına daxil olur və müəyyən vaxtlarda uşaq həmin qəhrəmanının hərəkətlərini və davranışlarını tətbiq etməyə çalışır. Bu cür uşaqlar evdə, məktəbdə lazımsız yerə qışqırır, sakit oynaya bilmir. Ətrafındakı insanlarla, hətta valideyn və müəllimlərlə belə kobud rəftar edirlər. Məncə. bu mpvzuya nə qədər çox toxunulsa, yenəı də azdır. Təşəkkürlər psixoıoqunuza

    Cavabla
  4. Nadir Nəbiyev

    D. Mendeleyevin gözəl bir kəlamı var: “Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var”.MƏNCƏ DƏ DOĞRU İSTİFADƏ EDİLSƏ, ÇOX FAYDALIDIR, NƏİNKİ PROBLEM YARADAR

    Cavabla
  5. Səbinə Davudova

    Almara xanim bu defe de valideynleri narahat eden meseleye toxunub. Menim adimdan ona tesekkur edin

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir