Körpəlik yaşının xüsusiyyətləri

Baxış sayı: 4. 711

Uşaq anadan olarkən yalnız bir neçə qida, müdafiə, tutmaq və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf  aləmlə ilkin əlaqə yaratmaq imkanı verir.

Körpəlik dövrü dedikdə 1 yaşından 3 yaşa qədər olan dövrü nəzərdə tutulur.

Körpəlik dövründə uşaqda hərəki fəallıq artır, yəni (uşağın vaxtında iməkləməsi, yeriməsi, oturması), hərəki vərdişlər formalaşmağa başlayır. Bir il ərzində uşaq oturmağa, iməkləməyə, ayaq üstə durmağa və nəhayət böyüklərin köməyi ilə yeriməyi öyrənir.

Bütün bunların sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə etməsi asanlaşır. Nəticədə körpədə xarici aləm haqqında təsəvvürlər formalaşmağa başlayır.

Körpəlik dövründə uşaqda tempratur, lamisə, görmə, iybilmə və dadbilmə kompleks şəkildə inkişaf etməyə başlayır. Bu körpədə qavrayışın inkişafına imkan verir. Körpəlik dövrü həm də nitqə yiyələnməyə hazırlıq dövrüdür. Körpəlik yaş dövründə hafizənin təşəkkülü şərti reflekslərin meydana gəlməsi ilə əlaqədar baş verir.

Bu dövürdə uşaqlar öz tələbatlarını (ona verilən oyuncaqları əli ilə söküb dağıdır, qırıb-sındırır və bir-birinə calamağa çalışır) əşyavimanipulyativ fəaliyyətin köməyi ilə ödəyirlər.

Körpəlik dövrü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövrdə uşaq nitqə yiyələnir və nəticədə şəxsiyyətin və fəaliyyətin subyektinin formalaşması üçün zəmin yaranır.

Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uşaq nitqin fonetik quruluşuna, (ilkin səslər yəni a,o, u,i belə) yiyələnməyə başlayır, getdikcə söz ehtiyatı artır və 3-cü yaşın axırında 300-400-ə çatır. 1 yaş 10 aylıqdan başlayaraq uşaq ayrı-ayrı sözləri birləşdirməyə başlayır. Bu dövrdə psixikanın əsas formaları olan hafizə (tanıma şəklində, əyani-əməli təfəkkür, diqqət, qavrayış) fəal şəkildə inkişaf etməyə başlayır.

İkinci yaşda isə uşaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü yaşda isə bir neçə aydan sonra tanıya bilir.

Tanımayla yanaşı qavranılmış əşyaların xatırlanması da inkişaf edir.

Bu dövürdə nitqin inkişafı ilə bağlı olaraq təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkişaf edir. Lakin bu dövrdə uşaqlar öz fikirlərini sözlə ifa edə bilsələr də onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uşaqların fikri fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur.

Körpəlik yaş dövründə böyüklərlə ünsiyyət mühüm rol oynayır. Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlməsinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı təsir göstərir.

Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Nəticədə uşaqda ixtiyari qavrayışın, müşahidənin inkişafı üçün şərait yaranır.

Körpəlik yaş dövründə uşaqlarda şəxsiyyətin inkişafı üçün də zəmin yaranməş olur. Uşaq özünü başqa əşyalardan onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə səbəb olur.

Üç yaşında uşaqda artıq özü haqqında təsəvvür yaranır. Nəticədə isə uşaq özünü adı ilə deyil “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir