Körpənin əmzikdən stəkana keçid dövrü: nələrə diqqət etməli?

Baxış sayı: 1. 449

Körpə üçün ən doğru stəkan seçimi necə olmalıdır? Uşağın stəkana öyrəşməsi üçün düzgün stəkan necə seçilir? “Gencaile.az” Ale.lent.az-a istinadən bu suallara cavab verməyə çalışacaq.

Körpələr ilk 6 ay ana südü, yaxud əmzik vasitəsilə süni qidalarla qidalanırlar. Körpə ana südü və əmziyə çox bağlı olduğundan stəkana keçid dövründə diqqətli olmaq lazımdır.

Körpənin stəkana keçid dövrü hər uşaqda fərqli yaşanır. Bu keçid 6 ilə 9 ay arasında gerçəkləşir. Bu dövrdə əl, ağız koordinasiyası tam formalaşdığından körpə əlinə verilən hər şeyi ağzına aparır.

Stəkanın rəngli və fərqli şəkilli olması körpənin marağını artırır.

Kənarların qulplu olması körpənin işini daha da asanlaşdırır. Körpənin bu dövrdə əlindəki hər şeyi yerə tullaması vərdişi olduğundan stəkanın şüşədən deyil, plastikdən olması vacibdir.

Stəkanın ağız hissəsinin yumşaq olması uşağın ona uyğunlaşmasını asanlaşdırır. Stəkanı ağzına kimi doldurmayın. İlk başda bir neçə qurtum su tökməniz bəs edir. Çox əlavə etsəniz, uşaq boğular və stəkandan qaçar.

İlk dəfə stəkanla ona su verin. Sonra ana südü, uşaq qidası da verə bilərsiz. 18 aydan etibarən əmzik istifadəsini dayandırın.

Körpə 12-24 ay arasında normal şəkildə stəkanla maye qəbul edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir