tort

“Kötük tortu” necə hazırlanır? – ŞİRİN SÜFRƏ

Baxış sayı: 250

“Gencaile.az” saytının vaxtaşırı instagram sosial şəbəkəsindəki  my_ sweet_house_1” səhifəsinə istinadən oxucularına  təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu gün sizə “kötük tort”un hazırlanması qaydasını təqdim edir.

 

Keks üçün:

2 təpələmə yemək qaşığı

kakao

1/3  stəkan

un

1 çimdik

duz

4 ədəd

yumurta

1/2  stəkan

toz şəkər

 

 Krem üçün:

1 stəkan

krema

1/3  stəkan

pudra şəkəri

1 paket

vanilin

 

Qlazur üçün:

1/2  stəkan

krema

100 qram

şokolad

1 yemək qaşığı

süd

Kotuk tort

 Hazırlanması:

İstifadə edəcəyiniz yumurtalar otaq istiliyində olmalıdır. Dərin bir qazanın 1/3-nə  su qoyun və ocağa qoyub qaynadın, su qaynarkən qazanın üstünə istiliyə davamlı bir qab oturdun və yumurtaları içinə qırın, şəkəri də əlavə edib, gözlətmədən bir mikser köməyi ilə yumurtalar yaxşıca qabarıb, ilıqlaşana qədər təxminən 4 dəqiqə çırpın. Şüşə kabı ocaqdan alın və 5 dəqiqə daha mikserlə çırpmağa davam edin. Başqa bir qabda; kakao, un və duzu qarışdırın və hazırladığınız bu qarışığı, narın hərəkətlərə, şəkərlə çırpdığınız yumurtalara bir spatula köməyi ilə yedirin. Bir soba sinisinə yağlı kağız sərin və keks xəmirini siniyə  töküb,yayın. Əvvəldən isidilmiş 230 dərəcə  sobada, tam 6 dəqiqə bişirin. Keks bişdikdən sonra sobadan alın. Yağlı kağızın ucundan tutaraq kağızla birlikdə masaya qoyun və rulet şəklində möhkəm-möhkəm bükün, bir kənarda gözlədin.

İç kremi üçün; kremanı, pudra şəkərini və vanili bir qabda mikser köməyi ilə krem yaxşıca qabarıb, sərtləşənə qədər təxminən 6 dəqiqə çırpın.

Keksin rulosunu açın və içinə kremi yaydıqdan sonra, təkrar rulo şəklində büküb bir kənara qoyun.

Qlazur üçün; kremanı bir qəhvədanda qaynadın və qaynayınca dərhal altını bağlayıb, içinə şokoladları atın əriyənə qədər sürətli- sürətli qarışdırın və içinə südü də əlavə edib, gözəlcə qarışdırın. Glazuru soyuducuya qoyun və tamamilə soyumasını gözləyin.

Rulet şəklində bükdüyünüz içi kremli keks soyuduqdan sonra, 1/3-lik qisimini kəsin  və digər keksin yanına yerləşdirin.

Soyumuş olan qlazuru üstünə sürün, hər yerini örtün və ardından bir çəngəl köməyilə kötük kimi olacaq şəkildə şəkillər verin.

İstədiyiniz şəkildə bəzədikdən sonra servis edin.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir