kufteli bors

Küftəli borşu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 645

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə küftəli borşun hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

650 q qiymə

500 q çuğundur

150-200 q kələm

1-2 ədəd kartof

2 ədəd kiçik pomidor

1-2 ədəd baş soğan

1-2 ədəd kök

Duz

İstiot

Dəfnə yarpağı

Zeytun yağı

 

Hazırlanması:

Əvvəlcə qiymədən balaca küftələr hazırlayıb, suda bişiririk Sonra kökü və soğanı doğrayıb, yağda qovururuq. Çuğunduru rəndədən keçiririk. Kələmi doğrayırıq Pomidoru da xırda-xırda doğrayırıq. Hamısını soğanın üzərinə əlavə edib yenidən bir qədər qovururuq. Üzərinə su əlavə etmədən öz suyunda vam odda pörtlədirik. Kənarda kartofları kiçik kub şəklində doğrayırıq. Bu kartofları kənarda suda bişməyə qoyduğumuz küftələrə əlavə edirik. Küftələr və kartof bişəndən sonra suyu ilə birlikdə kənarda qovurduğumuz soğança qarışığına əlavə edirib, birlikdə qarışdırır və 1-2 dəqiqə qaynadırıq.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir