yemeye ne var

Limon turşusunu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 190

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə limon turşusunun hazırlanmasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar

3 ədəd limon (qalın qabıqlı)

3 yemək qaşığı duz

zeytun yağı

1 ədəd limon suyu

limon tursusu

Hazırlanma qaydası

Limonları yuyub uclarını kəsin, incə dilimlərə bölün. Bir sıra limon dilimini bir servis tabağına düzün. Üzərinə dəniz duzu səpin. Bütün limonlar bitənə qədər eyni işləmi təkrarlayın. Üzərini örtərək soyuducuda bir gün saxlayın. Ertəsi gün limonları bir şüşəyə yerləşdirin. Üzərinə bir limonun suyunu əlavə edin. Limonların üzərini örtəcək qədər zeytun yağı gəzdirib qapağını möhkəm bağlayın. Günəş görməyən sərin bir rəfdə 6-7 gün saxladıqdan sonra istifadə edə bilərsiniz. Qapağını açdıqdan sonra bankanı soyuducuda muhafizə edin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir