U.S. boxing great Muhammad Ali poses during the Crystal Award ceremony at the World Economic Forum (WEF) in Davos, Switzerland January 28, 2006. REUTERS/Andreas Meier - RTXYWIU

Məhəmməd Əli dünyasını dəyişdi

Baxış sayı: 883

Həkimlər onun sağalacağını proqnozlaşdırmırdılar.

Keçmiş amerikalı boksçu Məhəmməd Əli cümə günü, iyunun 3-də 74 yaşında dünyasını dəyişib.

Bu barədə NBC News xəbər verib.

O, Arizona ştatının Finikis şəhərinin xəstəxanalarından birində dünyasını dəyişib. İdmançı son günlərini həmin xəstəxanada keçirib.

İyunun 3-də Əlinin ölüm ayağında olduğu açıqlanıb. Həkimlər idmançının sağalacağını proqnozlaşdırmırdılar.

Boksçu xəstəxanaya iyunun 1-də, ağ ciyərləri ilə bağlı problemlə əlaqədar yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur.

Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir