bina

“Mənzil və bina nömrəsinə diqqət edin ki, həyatınıza mənfi təsir göstərən rəqəm olmasın”

Baxış sayı: 406

Bəzən insanlar ev alarkən bina və mənzil nömrəsinə xüsusi diqqət yetirirlər. Bunun insan həyatında hansısa bir rolu varmı?

Numeroloq Xəyal Məmmədov bildirir ki, bir binada çox sayda insan yaşadığı üçün bina nömrəsinin enerjisi bütün sakinlər arasında bölünür və heç bir təsiri yoxdur. Ancaq bir mərtəbədə tək bir mənzil varsa, o zaman mərtəbə sayı həmin şəxsə təsir göstərir. Qonşular varsa, mərtəbə sayı ayrı-ayrı insanlara təsir etmir. Amma mənzil nömrəsi birbaşa insana təsir edir.

Numeroloq Xəyal Məmmədov Xəyal Məmmədovun fikrincə, rəqəmlərin insanlara təsirini öyrənmək üçün insanın rəqəmlərini hesablamaq lazımdır.

“Bəzən insanlar sevdikləri rəqəmlərdən hər yerdə istifadə etməyə çalışırlar. Ancaq həmin rəqəmlərin çoxluğu da zərər verə bilər. Odur ki, diqqətli olmaq lazımdır”-deyə Xəyal Məmmədov əlavə edib. Əgər yeni mənzil almağı düşünürsünüzsə, mənzil alışı öncəsində mənzil nömrənizin sizə təsirlərini öyrənməlisiniz. Buna görə də, öncədən hesablanmanız həyata keçirilməlidir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir