Xeyale Quliyeva

Mərmərvarı dəri-cutis marmorata haqda bilmədikləriniz – HƏKİM YAZIR

Baxış sayı: 613

Bugünkü yazıda yanlış diaqnoz olaraq qoyulan, əslində isə normal olan fizioloji hallardan söhbət açacağıq. Mərmərvarı dəri-cutis marmorata bir çox həkimlər, eləcə də analar tərəfindən “hipoksiya”ensefalopatiya və s. kimi dəyərləndirilən hal nədən baş verır?

90 % hallarda bu fiziloji olub yenıdoğulmuşlarda vegetativ sinir sisteminin hələ tam inkişaf etməməsi səbəbindən körpənin bədən temperaturunu tənzimləyə bilməməsindən irəli gəlir. Yəni bir növ belə demək mümkünsə, uşağın üşümə reaksiyasıdır. Bu zaman dəri altı damarlar daralıb sonra genişləndiyinə görə açıq çəhrayı rəng – mavi rəngli torlu şəbəkə meydana çıxır. Əsasən otaq temperaturu aşağı olan zaman körpəni soyundurduqda, çimizdirdikdən sonra birdən-birə isti mühitdən soyuq mühitə gətirildikdə yaranır. Uşağı geyindirdikdən sonra tez bir zamanda bu mavi rəng itir və körpə əvvəlki vəziyyətinə qayıdır. Əgər uşaqda yanaşı əlamətlər yoxdursa, çəki və boy artımı normaldırsa, əmmə aktı normaldırsa, temperatur və başqa şikayətlər yoxdursa, tam əmin olun ki, körpəniz sağlamdır. İkinci hal somon ləkəsı və ya “leylək ısırığı” deyilən haldır (deyimlərə görə leyləklər körpəni gətirəndə sankı həmin hissədən tutub gətirib və bu ad burdan qaynaqlanır Yəqin ki, çoxunuzun körpəsində (mənim hər 3 ovladımda olub) ənsə (başın arxa hissəsi), alın nahiyəsində qırmızımtıl ləkələr var. Bunlar heç bir xəstəlik əlaməti deyil. Bir neçə ay, bəzən 6-7 yaşa kimi davam edib öz özünə keçər. Heç bir müalicə gərəkdirməz. Üçüncü hal bir çox körpələrdə görünən əsasən arxada sağrı nahiyəsində, bel hissədə, ayaqlarda 1sm-dən 10-15 sm-ə qədər büyüklükdə olan mavi doğum ləkəsidır. Deyilənə görə türkçülük rəmzidır. Heç bir müalicə tələb etmədən 4-5 yaşa qədər keçər. Çox nadir halda uzun müddət qalar.  Ümidvaram ki, bu məqalə kimlərəsə faydalı olacaq və hansısa körpəni yalnış yönləndirilmədən qoruyacaq.

 

Pediatr Xəyalə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir