gozellik

Məsamələr necə kiçiltmək olar?

Baxış sayı: 1. 413

Dəriyə qulluqda ən böyük problemlərdən biri genişlənmiş məsamələrdir. Amma bu problemin də öhdəsindən gəlmək biz xanımlar üçün çətin deyil. Sadəcə sevgi və bir az da pudra bizə bu işdə kömək edə bilər. Məsamələrinizi evdə asanlıqla kiçildə biləcəyiniz yönündə ipuclarını təqdim edirik.

Əgər nəmləndirilmiş və yaxşı qulluq edilmiş dəriniz varsa məsamələr kefinizi pozmasın. Çünki dəriyə qulluqla onları tamamilə yox etmək mümkündür. Amma bir nüansı da unutmayın ki, geniş məsamələr tək bir şeyə səbəb ola bilər: məsamələrin bağlanmasına. Bunun üçün məsamələri bağlayan və dərinizi yağlandıran vasitələrdən (yağlı kremlər və tərkibində spirt olan vasitələr) uzaq durmalısınız. Və üzünüzü ölü hüceyrələrdən təmizləyin, məsamələrin içini təmizləmək üçün düzgün miqdarda salisil turşusu istifadə etməlisiniz. Eyni zamanda makiyajınızı təmizləmədən yatmayın. Bu məsələ çox ciddi məsələdir. Demək olar ki, bütün yazılarımızda bunu qeyd edirik. Gecə yatmamışdan əvvəl makiyajınızı silməyib, qulluq rutininizi etməsəniz məsamələrə çirkləri özünüz dəvət etmiş olacaqsınız.

Gələk makiyajla məsamələri necə örtə biləcəyiniz məsələyə. Geniş məsamələri makiyaj vasitəsilə ustalıqla gizlətmək mümkündür. Bunun üçün pudra sizin üçün yetərli vasitədir. Beləliklə, siz pudra ilə məsamələri doldurmağa çalışmalısınız. Yəni pudranı sadəcə üzə çəkmək kifayət deyil. Onu həm də, məsamə olan hissəyə də yeritmək lazımdır. Amma gecə pudranı üzdən yaxşıca təmizləməyi unutmayın. Çünkı məsamələr daha da genişələnə bilər. Nəticədə də dəri nəfəs almaz. Bu isə digər dəri problemlemlərinə gətirib çıxarar. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir