makiyaj

Makiyajın tarixçəsi haqqında bilmədikləriniz

Baxış sayı: 266

Kosmetikanın Asiyadan başlanğıcını götürmüş olması çox qüvvətli bir ehtimaldır. Hindu qadınlar kosmetika və müxtəlif ətirlərdən istifadə etmişdirlər. Məşhur hindu məqalələrində qadınlara dişləri, geyimləri, saçı, dırnaqları və bədəni rəngləndirmə sənətini öyrənmələri tövsiyə edilmişdir.

Günümüzdə belə bir çox Hindu qadın kosmetikanı köhnə üsullarla istifadə edir. Göz qapaqları boyanır, üz və qollar zəfəran tozu ilə saraldılır və ayaq dabanları da xına ilə qızardılır. Yunan zamanında Hipokrat və dostları dermotologiya üzərində işləyərək pəhrizin, gimnastikanın, günəşin, boyaların və masajın sağlamlıqla gözəlliyə olan faydalarını göstərmiş və kosmetikanın inkişafına təsir göstərmişdirlər.

makiyaj

Qədim Romalılar kosmetikaya yuxarıdan aşağı baxır və çox az diqqət göstərirdilər. Kosmetika Yəhudi və Müsəlman dünyasında da bol miqdarda istifadə edilmişdir. Britaniyanın ilk sakinlərinin də xam kosmetikadan istifadə etməkdən zövq aldığı düşünülməkdədir. Yeni və daha təsirli kosmetik vasitələrə duyulan tələbat inkişaf etdikcə istifadə edilən təhlükəli vasitələrin sayında da artma müşahidə olunmuşdur.

Kosmetika istifadəsində sıçrayış on səkkizinci yüzil Avropasında, xüsusən də Fransa və İngiltərədə meydana gəldi. 1880-ci illərə doğru texnologiya və reklamın kəşfi ilə kosmetika tarixində yeni dövr başladı və günümüzə qədər bu sahə hələ də inkişaf etməkdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir