su

Marketdən su alarkən diqqətli olun! – Bu detal həyatınızı xilas edə bilər

Baxış sayı: 930

Bir butulka suyun nə qədər ziyanı ola bilər? Suyun mühafizə olunduğu qabın plastik materialdan hazırlandığını düşündüyümüz zaman bu ehtimalın yüksək olduğunu ehtimal edə bilərik.

Bəs bu plastik materiallardan hansı sağlamlığımız üçün daha çox zərərlidir? Bunu ayırd etmək üçün bəzi standartlar mövcuddur. Həmin standartları bu yazımızda təqdim edəcəyik.

Belə ki, plastik qabda su alan zaman qabın altına baxsanız orada bir damğa və ya yazı görəcəksiniz. Bu, plastik qabın hansı standarta aid olduğunu göstərir.

Ən çox yayılan standartlardan biri budur:

 

1.PET və ya PETE

PET ya da PETE olaraq bilinən bu növlər ən geniş yayılmış plastik qablar sırasındadır. Bu cür qablar bir dəfə istifadə olunması üçün hazırlandığından, onların təkrarən istisfadəsi çox zərərlidir. Çünki təkrar istifadə etdiyimiz zaman suya ağır metallar və müxtəlif kimyəvi maddələr qarışa bilir. Nəticədə, həmin suyu içən şəxsdə hormonal pozuntular yaranır. Eyni zamanda, bu materialdan hazırlanan qablar təbiətdə çox gec sıradan çıxır.

 

2. HDP ya da HDPE

Daha çox süd, yağ qabları, oyuncaq və plastik torbaların hazırlanmasında istifadə olunan HDPE ya da HDP növü suya hər hansı bir kimyəvi maddə qarışdırmır. Buna görə də mütəxəssislər tərəfindən ən çox məsləhət görülən plastik qab kimi tanınır.

 

3.PVC ya da V

PVC ya da V adı ilə bilinən plastik qablar daha çox qida məhsullarının qablaşdırılmasında və oyuncaqların hazırlanmasında istifadə olunur. Suya toksik maddə qarışdırdığı üçün mütəxəssislər tərəfindən tövsiyyə edilmir.

 

4.LDPE

Suya hər hansı bir kimyəvi maddə qarışdırmasa da, bu plastik növün su qablarının hazırlanmasında istifadə olunması qadağandır. Buna rəğmən, üstündə bu yazının qeyd olunduğu məhsul almaq istəyirsinizsə, iki dəfə düşünün. Çünki suya qarışmayan bu maddələr qida məhsullarına keçə bilir.

 

5. PP

Sərt və yüngül olması ilə diqqət çəkir. İstiyə qarşı olduqca dayanıqlıdır. Bu səbəblə, mühafizə etdiyi məhsulu maksimum dərəcədə qoruyur. Qidanı rütubətdən qorumaq üçün idealdır.

 

6.PS

Xəfif və ucuz plastik material növüdür. Daha çox birdəfəlik stəkan, yumurta qabları və s. üçün istifadə olunur. İsti ilə təmasa keçən zaman kanserogen birləşmələr yarada bilir. Bu səbəblə uzun müddət istifadə olunması tövsiyyə edilmir.

 

7. PC və digər

İdmançıların su qabları, uşaqların qida qablarının hazırlanmasında istifadə olunan bu plastik maddə ən təhlükəli və uzaq olmaq gərəkən plastik növüdür. Qidaya və suya kimyəvi maddələr qarışdıra bilir. Hazırlanışında qarışıq polikarbon maddələrindən istifadə olunduğu üçün yenidən istehsalı mümkün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir