MASIN

Maşın alanların diqqətinə: “Bu avtomobillərin spidometri geri çəkilir” – VIDEO

Baxış sayı: 226

Avtomobilin yürüş məsafəsi artdıqca onun qiyməti aşağı düşür. Amma bəzi işbazlar maşını baha satmaq üçün nəqliyyat vasitəsinin hərəkətinin ani sürətini təyin edən ölçü cihazına müdaxilə edirlər. Yəni, kilometrajı geri çəkirlər.

Mütəxəssislərin sözlərinə görə, ikinci əl xarici avtomobillərin əksəriyyətində kilometraj geri çəkilir. Buna daha çox alman maşınlarında rast gəlinir. Bu cür işbazların qurbanına çevrilməmək üçün bəzi nüansları bilməkdə fayda var. Avtomobilin kilometrajını geri çəkən usta və yaxud etdirən şəxs Cinayət Məcəlləsinin 200, istehlakçıları aldatma maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Onu da qeyd edək ki, əməl külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Törədilən əməl zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda həmin şəxs 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir