Mavi gözlülər alkoqola meylli olur

Baxış sayı: 1. 381

ABŞ-ın Vermont Universitetində həyata keçirilən bir araşdırmada qəribə nəticələr əldə edilib. Araşdırmaya görə, göz rəngi mavi olan insanlar daha çox spirtli içki qəbul edirlər. Mavi gözlülər potensial alkoqolik olaraq təqdim olunur. Nəticələrə genetik araşdırmalar səbəb olub. “Focus Online”da yer alan xəbərdə qeyd edilir ki, mavi gözlülərlə paralel olaraq, gözü rəngli olanlar üçün də bu nəticə keçərlidir. Belə ki, insanlara göz rəngini verən genlər onların alkoqola meylliliyinə də təsir göstərir. Amma alimlər onu da bildirib ki, araşdırmanın test nəticələri bu cür çıxsa da, bu sahədə daha ciddi araşdırmalar aparılmalıdır. Göz rəngi ilə xarakter arasında bir əlaqə olub-olmaması da araşdırmaların mövzularından biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir