toy

May ayında toy etmək olmazmı? – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 1. 757

“May ayında toy etməzlər”, “May boş aydır”, “Bu ayda evlənənlərin sonu olmur” kimi “məsləhətlərlə”, yəqin ki, toy etmək istəyən hər kəs qarşılaşıb. Xüsusən də orta və yaşlı nəsil nümayəndələrinin bu tövsiyələrinin əslində heç bir elmi, tibbi əsası da yoxdur, batil bir inancdır. Buna baxmayaraq, keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə ənənəyə bu gün də çoxları əməl edir. May ayı ərzində tək-tək adamlar olar ki, toy etsinlər.

Maraqlıdır, bu inancın kökü haradan gəlir? Niyə may ayında toy etmək olmazmış? Bunun Azərbaycana, islama bir aidiyyəti varmı?

Belə iddialar da var ki, guya ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən – onlar mayda da yas saxlayıb toy etməyiblər. Sovetlər dönəmində isə bu kütləvi hala çevrilib. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, sovet imperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! May ayında toy edilməməsinin bir səbəbini də may ayında yağışların çox olması ilə əlaqələndirirlər və bu dövrü təbiətin ağlayan dövrü adlandırırlar. Təbiət ağlayarkən şadlıq etmək olmazmış. Bəzi mənbələrdə isə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada “Mayi ilahəsi”nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi. Bəzi ekspertlər isə may ayında toy olmamasının səbəbini yasəmənin çiçək açması ilə izah edirlər. Yasəmən gülü isə uğursuzluq gətirir…

 

Maraqlıdır, may ayının uğursuz bir ay olduğunu sübut edən hansısa psixoloji əsas varmı?

Almara Malikova

PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, bunun heç bir əsası yoxdur. Əslində insanlar bunu təfəkkürlərinə, şüur altına o qədər həkk ediblər ki, bu yanlış təlqin nəticəsində May ayında toy etsələr, hansısa faciə, ayrılıq baş verəcək, nigah uğursuz olacaq”düşüncələri illərcə nəsillerin bir -birinə ötürdüyû səhv fikirdir.

Psixoloq deyir ki, may ayı da digər aylardandır və bu ayda toy etmək və nişanlanmaq heç də iddia edildiyi kimi uğursuzluq gətirmir. Sadəcə olaraq bu insanlar arasında tarix boyu yayılmış yanlış inancdan irəli gəlir: “Bu inancın konkret tarixi və məkanı yoxdur. Ağızdan-ağıza deyilən və insanlar arasında yayılan bir iddiadır. Amma bütün bunlara baxmayaraq bu gün də buna inananlar çoxdur.

Mütəxəssis onu da bildirdi ki, qədim adətlərə görə, may ayında ağaclar çiçəklərini tökdüyü üçün nənələrimiz bunu gözəlliyin solması ilə izah edirmişlər. Zamanla bu, inanc halına düşüb. Bu, sadəcə adətdir. Bu adətin təməli qış qidalarının bitməsi ilə əlaqəli olub. Bu ayda hələ meyvə-tərəvəzin yetişmədiyinə, məhsulun bar vermədiyinə görə əvvəllər insanlar bu ayda toy etmək istəməyiblər.

Mütəxəssis deyir ki, bir neçə nəfər mayda toy etsə, gələcəkdə bu geniş tendensiya halını alacaq. Kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə işi aparmalıdır.

Aımara xanım sonda isə vurğuladı ki, yaxşı olar ki, cütlüklər ailə həyatı qurmamışdan öncə psixoloji məsləhət alsalar, o zaman toy üçün, ayın, günün, ilin fərqi olmayacaq. Batil inanclara da inanmaq lazım deyil. Bu, insanı həyatında hər zaman bir addım geri atır…

 

Təqdim etdi: Məsudə Sultan




7 şərh “May ayında toy etmək olmazmı? – PSİXOLOQ DANIŞIR

  1. Sosioloq Cəlil

    Bəzən də deyilir ki, may ayında yağışlar çox olur. Bu dövr təbiətin ağlayan dövrüdür, təbiət ağlayarkən şadlıq eləmək olmazmış. Bəziləri də bu adətin köklərinin Qədim Romaya gedib çıxdığını deyir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.

    Cavabla
  2. ZulfU K

    dindarlar mayda toy keçirilməməsinin ilahiyyatla bağlı olmadığını düşünür. Onların fikrincə, dini baxımdan may ayında xeyir işin keçirilməməsi ilə bağlı heç bir qadağa yoxdur.

    Cavabla
  3. Aqil Məmmədli

    Ermənilər aprel ayının sonu, may ayının əvvəli öz qondarma soyqırımlarının matəmini tutduqlarına görə, mayda toy etmirlər. Bizə də təəssüf ki, əclaflardan keçib

    Cavabla
  4. Rasim Seyidov

    Keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə adətə kortəbii şəkildə hər kəs əməl edir. Ancaq bunun hansı əsaslara söykəndiyini araşdırıb, bu “ağır ay” sindromunu qıran yoxdur. Bu tip inancların səbəbi sadəcə olaraq özünə inamsızlıqdır. “Şər deməsən xeyir gəlməz” kimi atalar sözü yuxarıda qeyd etdiyimiz fikirlərlə vəhdət təşkil edir. Şər desən, şər gələr, xeyir desən xeyir.

    Cavabla
  5. Sebnem Salahli

    “13” rəqəmi, qara pişik, tək və cüt asqırmaq, çəngəl və qaşığın düşməsi, qabın sınması, may ayında toy hamısı mənasız inanclardı

    Cavabla
  6. Nurlan Eyvazov

    Hamisi bos sohbetlerdi. Menim toyum may ayinda olub hec bir problem de yoxdur. Eslinde bir az da sirf ehemiyyetsiz olduğunu göstermek ucun mayda toy etmisdim

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir