Meşədə gəzintinin çoxsaylı FAYDALARI

Baxış sayı: 1. 632

Sonuncu dəfə nə vaxt uzun bir piyada gəzintiyə çıxmısınız? Halbuki yeriməyin ruh sağlamlığından bədən sağlamlığına kimi bir çox faydaları var.

Meşədə gəzmək isə sadəcə insana zövq vermir, həm də sağlamlıq baxımında n xeyirlidir. Təmiz hava bir yana, ağacların arasında gəzmək edə biləcəyiniz ən sağlam fiziki aktivlikdir. “Gencaile,az” Aile.lent.az-a istinadən  meşədə gəzintinin faydalarını təqdim edir.

Xərçəngə qarşı qoruyur. İmmunitet sisteminin mühüm bir parçasını olan NK (natural killer) hüceyrələri yaradır və bunlar da xərçənglə mübarizə aparır. Meşədə keçirilən bir gün belə, bu hüceyrələrin sayında xüsusi artıma səbəb olur.

Yalnızlıq hissindən qurtarır. Təmiz havada gəzmək sizə yaxşı təsir edəcək.

Meşə qoxusu stressi azaldır. Qoxular beyindəki duyğu mərkəzi ilə bağlıdır. Meşədə keçirilən günlər xroniki stressi azaldır.

Depressiyaya faydalıdır. Ağaclıq bölgədə yaşayanların daha yaxşı zehni sağlamlığa sahib olduqları deyilir. Ağaclara yaxın olmaq insanı depressiyadan uzaq tutur.

Beynin daha yaxşı işləməsinə kömək edir. Ağaclıq yerdə olmaq hafizə və öyrənməyə müsbət təsir edir. Belə bölgədə yaşayan uşaqların elmi və əl bacarıqları daha yaxşı inkişaf edir.

Qan təzyiqini aşağı salmaqda təsirlidir.

Kilolu insanların yenidən formaya girməsinə yardım edir. İdman salonunda idman etməkdən daha faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir