urek

Meteohəssas insanlara kardioloqdan mühüm xəbərdarlıq

Baxış sayı: 391

Aşağı atmosfer təzyiqi şəraitində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların əsas səhvi həddindən artıq işləməkdir.

Bu sözləri kardioloq, tibb elmləri namizədi Andrey Kondrakin deyib.

“Söhbət təkcə fiziki əməkdən deyil, orqanizmə təsir edə biləcək istənilən yükdən gedir. Bu zaman onun həm daxili, həm də xarici problemlərin öhdəsindən gəlməsi çətinləşir. Odur ki, belə günlərdə tənbəl olmaq daha yaxşıdır”, – mütəxəssis izah edib.

İkinci ciddi səhv, həkimin fikrincə, yuxusuzluqdu. Üçüncüsü, stimullaşdırıcı maddələrin (energetik içkilər) və spirt istifadəsidir, qanı qatılaşdırmağa kömək edir. Həmçinin daha az siqaret çəkmək, təzyiqə nəzarət etmək və həkiminizin təyin etdiyi dərmanları unutmamaq tövsiyə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir