meymunciceyi

Meymunçiçəyi haqqında beş əsas məqam

Baxış sayı: 539

Meymunçiçəyi virusu bütün dünyada yayılmaqda davam edir. Səksəndən çox ölkədə ən azı 26 min yoluxma halı var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan etdi.

Meymunçiçəyinə yoluxmaqdan qədər qorxmalıyam? Hər kəs peyvənd olunmalıdırmı? Ən yüksək risk qrupu hansıdır? Hansı tədbirləri görməliyik? Meymunçiçəyi tam olaraq necə bir nəfərdən digərinə ötürülür? Onda hansı simptomlar müşahidə edilir? Gəlin, bu suallara birlikdə cavab verək.

 

Necə ötürülür?

Əvvəla, meymunçiçəyi COVID-19 kimi yoluxucu deyil və bu şəkildə yayılmır. COVID-19 çox yüksək yoluxuculuğa malik idi və hətta kiçik hava hissəcikləri ilə də ötürülürdü. Bu, o deməkdir ki, hətta konfrans zalında və ya restoranda belə, söhbət edərkən xəstələnmək riskiniz var.

Lakin meymunçiçəyi birbaşa dəri təması ilə keçə, cinsi əlaqə ilə yayıla, öpüşmə, qucaqlaşma ə zamanı ötürülə bilər. Eyni zamanda, insanlarda dəri lezyonları varsa, bu lezyonlar çarşaf və dəsmal kimi əşyalara yayıla bilər və başqalarına da keçə bilər. Bu səbəbdən xəstə olan insanların əşyalarından uzaq durmaq tövsiyə edilir.

 

Meymunçiçəyi xəstəliyində hansı əlamətlər olur?

İlk növbədə, digər virus infeksiyalarında olduğu kimi, yoluxmuş insanlarda hərarət, baş ağrısı, əzələ ağrısı və zəiflik başlayır. Əksər insanlarda limfa düyünləri də şişir, ardınca qabarcıq və ya yara kimi görünən səpgilər əmələ gəlir və bu yaralar bütün bədəndə və ya onun bir hissəsində ola bilər – məsələn, yalnız cinsiyyət orqanlarında, ağızda görünə bilər və ya bədənin başqa bir hissəsində peyda olar.

 

Bu xəstəlikdən ölənlər varmı?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölüm halları çox nadir olsa da, 3-6 faiz ölüm riski var, hamilə qadınlar, azyaşlı uşaqlar, immun sistemi zəif olanlar bu baxımdan risk altındadır.

 

Meymunçiçəyindən nə qədər qorxmalıyıq?

Bu sualın dəqiq cavabını bilmirik, amma nədənsə, biseksual insanların yüksək risk altında olduğunu bilmək lazımdır. Bu insanların bədənlərində səpgilər görünəndə tez bir zamanda test edilmələri və digər insanlarla birbaşa təmasdan qaçmaları çox vacibdir. Riski azaltmaq istəyən insanların gecə klublarından, məclislərdən və dəri ilə təmasın yüksək ola biləcəyi mühitlərdən uzaq durması tövsiyə olunur.

 

Hamı peyvənd edilməlidir?

Xeyr! Peyvəndin sayı artıq çox məhduddur. Meymunçiçəyi xəstələri ilə müəyyən təmasda olan insanların peyvənd edilməsi tövsiyə olunur. Təmasdan sonra dörd gün ərzində peyvənd edildikdə, insanı xəstəliyə yoluxmaqdan qoruya bilər. İlk iki həftə ərzində edilərsə, xəstəliyin şiddətini azalda bilər.

 

Müəllif: Prof. Dr. Derya Uludüz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir