mixek

Mixək bu problemlərin dərmanı imiş

Baxış sayı: 1. 556

Çaya, müxtəlif şirniyyatlara xüsusi dad qatan mixəyin bir sıra möcüzəvi faydaları da var. “Gencaile.az” mixəyin faydalarından bəhs edən yazını təqdim edir.

 

Həzm sistemini yaxşılaşdırmaq

Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin.

Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.

 

Əsəbləri sakitləşdirmək

Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək, insanı sakitləşdirir, yuxunu normaya salır.

 

Xərçəngin profilkatikası

Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün önu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək ki, onu istifadə etməyə dəyməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir