toy

Müğənnilər toyların az olmasından şikayətçidirlər: “Boşananlara görə gənclər evlənmir”

Baxış sayı: 1. 666

Məhərrəmlik ayından sonra adətən, qızğın toy mövsümü başlasa da, bu il adət yerini tutmadı. Ötən illərə nisbətən bu qış aylarında demək olar ki, toyların sayı kəskin azalıb.

Statistikaya baxanda da məlum olur ki, evlənənlərin sayı Azərbaycanda son 5 il ərzində azalıb, boşananların sayı isə artıb. 2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 50 882 nikah qeydə alınıb.

Sosial şəbəkədə məşhurların şəxsi hesablarına nəzər salanda onların ayın müəyyən günlərində el məclislərində olduqlarını görürük. Müğənnilər də toyların sayının kəskin azaldığını etiraf edirlər.

Без названия (1).jpg (6 KB)

Müğənni İzzət Bağırov deyir ki, son 5 ildə toyların sayı kəskin azalıb: “Ümumi toy sayında azalma var. Tək 2018-ci il deyil, son neçə ildir ki, el şənlikərinin sayı azalıb. 2018-ci ildə toyların sayı kəskin azalıb. 2019-cu il başlayandan isə demək olar ki, toy yoxdur”.

Без названия.jpg (6 KB)

Müğənni Şəbnəm Tovuzlu da toyların sayının azaldığını bildirir: “Şükür məclislərə dəvət alıram, naşükür deyiləm. Amma el şənliklərinin sayı kəskin azalıb, əvvəlki qədər çox toy olmur. Əvvəlki ab-hava yoxdur”.

Bəs, toyların, evlənənlərin sayının azalmasına səbəb nədir? Toyların sayının azalmasına səbəb qış mövsümüdür, yoxsa…?

29572280_1954166894828477_1226145223885197873_n.jpg (105 KB)

Mövzu ilə bağlı danışan sosioloq Lalə Mehrəli deyir ki, toyların, evlənənlərin sayının azalmasına səbəb boşanmaların çox olmasıdır: “Mən də müşahidə etmişəm ki, boşanmaların sayı evlənənlərin sayından çoxdur. Boşanmaların çox olduğunu görən, ətrafdakı ailələrdə yaşanan problemlərdən xəbərdar olan gənclər evlənməkdən qaçır. Ikinci səbəb odur ki, qış aylarında ancaq şəhərdə toylar olur. Kənd və rayonlarda demək olar ki, bu mövsümdə toy edilmir. Çünki iş, qazanc az olur, havalar soyuq keçir. Əsasən quraqlıq, isti vaxtlarda toy edilir. El şənliklərinin sayının azalmasına bir səbəb də budur.

Bir məsələni də nəzərinizə çatdırım. Son illər şan-şöhrət, dəb-dəbə sevənlərin sayının azaldığını müşahidə edirəm. Bunu digər sosioloq həmkarlarım da təsdiq edər. Təmtəraqdan qaçır insanlar. İnsanlar getdikcə ayılırlar, onlar başa düşürlər ki, evlənənlərə dəbdəbəli toy etməyin faydası yoxdur.

Restoranların toy şərtləri, toydan əvvəlki və sonrakı proseslər  də məclislərin sayının azalmasına səbəbdir. Insanlar aylarla toya hazırlaşır, cütlüklər evlənir və 3-4 aydan sonra boşanırlar. Bunları görən gənc evliliyə necə isti münasibət göstərə bilər? Bir daha deyirəm, toyların azalmasına əsas səbəb boşananların çox olmasıdır”.

 

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir