sevgi

Münasibətləri necə rəngarəng etməli?

Baxış sayı: 2. 020

Özünüzü tam tanıtmayın

Münaisbətlərdə kiçik addımlar atmaq, bir-birinizi zamanla tanımaq daha yaxşıdır. Əslində hər kəsin kəşf edilməyən, bilinməyən xarakteri, davranışları, özəllikləri var. Hələ də ona demədiyiniz, gizli qalan özəllikləriniz varsa, bu münasibəti daim canlı tutmağa kömək edəcək.

Dəyişməkdən qorxmayın

“Mən beləyəm” cümləsi münasibətlərdə ən uğursuz cümlələrdəndir. Bunun əvəzində dəyişməyə və inkişafa açıq olmaq hər ikinizin üçün də yaxşı olacaq. Özünüzə bir şəxs olaraq dəyər verin və özünüz inkişifınızın münasibətlərinizlə parallel getdiyini unutmayın.

Bir-birinizdən ayrı planlar qurun

Hər zaman birlikdə olmaq, paylaşılan zamanların özəlliyini itirməsinə səbəb olur. Zamanla bir-biriniz üçün darıxmağa və təkrar görüşmək üçün səbəblər yaratmağa nə deyirsiniz?

Özəl bir gün planlaşdırın

Bir-birinizdən ayrı planlar qurdunuz və darıxmağa başladınız? Bu hiss sizi həyəcanlandırır. Elə isə o günü daha da özəl etmək üçün yeni cütlüklər kimi bir-birinizə görüş yeri təyin edin. Münasibətə başlayanda getdiyiniz ilk məkanlardan birində yenidən görüşmək ya da birlikdə izlədiyiniz filmi yenidən izləmək o həyəcanları xatırlamağınıza kömk olacaq. Xatirələr qiymətlidir.

Gəzmək, səyahət etmək planlarınız olsun

Bir səyahəti qarşınıza məqsəd qoyun. Bunu uzun müddətə edə bilər, müəyyən zaman pul yığa bilərsiniz. Birlikdə gəzmək, kəşf etmək üçün hiss etdiyiniz həyəcanlar münasibətlərinizə yaxşı təsir göstərəcək.

Bir-birinizə olan uyğunluq

Bir-birinizə olan uyğunluğu itirməyin. İdeal cütlük olmağa gedən yol, bir-birini tamamlamaq və münasibətlərdə uyğunluğu saxlaya bilməkdən keçir. Bir-biriylə uyğun olan cütlüklərin uzun müddətli münasibətləri olduğunun şahidi oluruq. Fərqli xarakterlərinizi problem etmək əvəzinə, onları bir-birinizi tamamlayan özəlliklər olaraq görməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir