soba

Nəzərdə tutulan təyinatlarla istifadə edilməyən 15 əşya

Baxış sayı: 2. 486

Biz ətrafımızdakı əşyaların hansı funksiyanı yerinə yetirdiyini bilirik. Lakin onlardan bir çoxunun əsas funksiyası tamamilə başqadır. Bu əşyalara nələrin daxil olduğunu öyrənmək üçün yazını diqqətlə oxuyun.

Beləliklə, sizə istehsal zamanı nəzərdə tutulan təyinatlarla istifadə edilməyən 15 əşya haqqında maraqlı faktları təqdim edirik:

 

Koka-kola

Əczaçı Con Pemberton ABŞ-da Vətəndaş müharibəsi veteranı olub. O kola fındığı və koka yarpağının əsasında xüsusi cövhər hazırlayıb. Con Pemberton bu cövhəri müharibə zamanı yaralanan hərbiçilərin əsəb sisteminin müalicəsi üçün istifadə edirdi. O, bunun morfin preparatlarından daha faydalı olduğunu iddia edirdi. Daha sonra Con cövhərin tərkibinə dəyişiklik edərək alkoqolsuz içki hazırladı, lakin qısa müddətdə səhmlərini satışa çıxardı. Səhmlərin yeni sahibləri kola fındığı və təmizlənmiş koka yarpaqlarından istifadə edərək Koka-kola istehsalına başladılar.

 

Qara don

Keçən əsrin 20-ci illərinə qədər qara geyim geyinən qadınlar və kişilər adətən ətrafa matəm mesajı ötürürdü. Və bu matəm ən az 2 il davam edirdi. Amma 1926-cı ildə Koko Şanel məşhur “Şanelin Fordu” adlı qara donu dəbə mindirdi. Əvvəlcə yalnız kino ulduzlarının diqqətini çəkən libas qısa müddətdə bütün dünyada məşhurlaşdı.

 

Karaoke

Yaponiyalı Daysuke İnoue rok qrupunda təbil çalıb mahnı ifa edirdi. Çalışdığı kafedə müştərilərin mahnı ifa etmək istəyini yerinə yetirmək üçün fasilələrdə onları müşayət edirdi. Lakin Daysuke bu əlavə iş problemindən maraqlı çıxış yolu tapdı. 1971-ci ildə sözlərdən istifadə olunmadan sadəcə musiqinin səsləndiyi xüsusi bir aparat düzəltdi. Bundan sonra musiqiçilər dincələrkən müştərilər də məmnuniyyətlə istədikləri musiqiləri ifa edirdilər.

 

Play-doh plastilini

Bu plastilinlər əslində sobalardan çıxan his nəticəsində qaralan divar kağızlarının təmizlənməsində istifadə olunurdu. Lakin, tezliklə süngərlə yuyula bilən divar kağızları istehsal olunmağa başladı. Bundan sonra plastilinin tərkibindəki yuyucu keyfiyyətə malik kimyəvi maddələr çıxardılaraq, yerinə boyaq maddələri qatıldı. Beləcə palstilinlər uşaqların yeni oyuncaqlarından birinə çevrilməyə başladı.

 

Qaçış xalçası

Qaçış xalçasının prototipi ilk dəfə 1817-ci ildə Vilyam Kyubitt tərəfindən ixtira edilib. O, xalçanı məhbusların fiziki qabiliyyətlərinin bərpası üçün nəzərdə tutmuşdu. Eyni zamanda, dəyirman kimi istifadə edilirdi.

 

Qeyd üçün rəngli kağızlar

Silver Spensr dözümlü yapışqan maddə hazırlamaq istəsə də, buna nail ola bilməyib. Onun hazırladığı yapışqanın tərkibindəki yapışdırıcı maddə az olduğundan predmetləri saxlaya bilməyib. Belə olan halda həmkarı Artur Fray ona bu maddədən xüsusi əlfəcinlər, qeyd kağızları hazırlamağı təklif edib. Hazırda dünyanın müxtəlif yerində istifadə edilən yapışqanlı rəngli qeyd kağızları məhz belə yaradılıb.

 

Dikdaban ayaqqabı

Qədim Misirdə dikdaban ayaqqabı zadəganlığın simvolu hesab olunurdu. Misirdə zadəgan qadınlar və kişilər belə ayaqqabılarla dini mərasimlərə qatılırdılar. Qəssablar isə dikdabandan ayaqları qana bulanmasın deyə, istifadə edirdilər. Farslar isə at sürərkən müvazinəti qorumaq üçün dikdaban geyinirdilər. Orta əsr Avropasında da dikdaban aristokratlıq rəmzi hesab olunurdu. O vaxtkı qalın dikdabanlar zaman keçdikcə formasını dəyişdi və 20-ci əsrdə “şpilka” adlı nazik formaya düşdü.

 

Qabarcıqlı qablaşdırma

1957-ci ildə Alfred Fildinq və Mark Çavann adlı iki mühəndis plastik divar kağızı hazırlamaq qərarına gəlir. Kiçik “balonlardan” ibarət divar kağızlarının o qədər də uğurlu layihə olmadığını anlayan mühəndislər əldə olunan yeni materialın qablaşdırma üçün əlverişli olduğu qənaətinə gəliblər. Və tezliklə patentlənmiş “Bubble Wrap” qablaşdırması dünyada əvəzolunmaz materiala çevrildi.

 

Yastıqlar

Mesopotamiyada yastıqlar həşəratlardan müdafiə olunmaq üçün istifadə edilirdi. Onlar indiki yastıqlar kimi yumuşaq olmurdu. Bərk materiallardan hazırlanan yastıqlar saç düzümünün səliqəli qalmasına və su axınlarının qarşısının alınmasında istifadə olunurdu. Qədim çinlilər hesab edirdi ki, yumşaq yastıqlar zərərlidir. Bambukdan, nefritdən, farfordan, ağacdan və tuncdan hazırlanan bərk yastıqlar insana güc verir və iblislərin mənfi enerjisindən müdafiə edir.

 

Vazelin

19-cu əsrin ortalarında neft sənayesinin işçiləri nasos boruların içərisinə yığılan maddələrlə daim mübarizə aparırdılar. İngilis kimyaçısı Robert Çezbro “neft jelesi” adlanan həmin maddəni götürərək üzərində araşdırmalar apardı. Tədqiqatlar nəticəsində maddənin insan orqanizminə faydalı xüsusiyyətləri olduğu məlum olub. O illərdə həmin maddənin tətbiq sahəsi çox geniş imiş. Bu maddənin köməyi ilə yaralar müalicə olunur, xalçalar təmizlənirdi.

 

“Slinki” adlı yeriyən yay oyuncağı

“Slinki” adlanan və rəngarəng halqalardan ibarət “Göy qurşağ” rəngində yaylar əslində heç də uşaqlar üçün hazırlanmayıb. Mühəndis Riçard Ceyms fırtına zamanı cihazların kompensasiyası üçün xüsusi qurğu üzərində işləyərkən təsadüfən yaylardan biri yerə düşür və yerdə bir neçə dəfə atılmağa başlayır. Bundan sonra mağazalarda James Spring & Wire Company firmasının “Slinki” adlı uşaq oyuncaqları satışa çıxır. Firma o vaxtdan 300 milyondan çox belə oyuncaq satıb.

 

Çay paketi

1904-cü ildə Nyu-Yorkda çay ticarəti ilə məşğul olan Tomas Sallivan çayı daha effektli şəkildə satmağın yollarını axtarıb. Nəhayət qərara gəlib ki, onları ipək torbalara doldurub satsın. Alıcılar isə bu torpaların içərisindəki çayı boşaltmadan birbaşa qaynar suya qataraq dəmləməyə başlayır. Nəticədə qeyri-adi yolla məşhurlaşan paket çayların satışı sürətlə artır.

 

“Listerin” maddə

Conson qardaşları 1879-cu ildə cərrahiyyə əməliyyatlarında istifadə olunan alətlərinin təmizlənməsi və emalı üçün bu antiseptik maddəni hazırlayıb. Kimyəvi maddə cərrah Cozef Listerinin şərəfinə adlandırılmışdı. Tezliklə insanlar hər yerdə bu mayedən istifadə etməyə başlayır. Mayedən yaraların müalicəsində, stomatologiya sahəsində, eləcə də kəpək və göbələyin müalicəsində antiperspirant kimi istifadə edilir. Məhsul 1920-ci ildən məşhurlaşmağa başlayıb.

 

Viaqra

Pfizer şirkəti daxili xəstəliklərin müalicəsində istifadə olunacaq dərman preparatlarının hazırlanması ilə məşğul olub. Kliniki sınaqlar zamanı preparatın qanaxmaya səbəb olacaq təsirinin olduğu müəyyən olundu. Beləliklə bu sahədə hazırlanacaq bütün preparatlar faydasız hesab edildi.

 

Mikrodalğalı soba

Çox adam bilmir ki, mikrodalğalı soba xüsusi olaraq heç kim tərəfindən ixtira edilmiyib. Sadəcə bir dəfə Raython korporasiyasının mühəndisi Persi Spenser radarlar üçün avadanlığı yoxlayarkən yüksək tezlikli dalğaların onun cibindəki şokoladı əritdiyini müşahidə edib. Özünü itirməyən Persi sobanın içərisinə popkorn qoyub və nəticəsədə qarğıdalı dənələri dərhal partlamağa başlayıb. Bu əsrin təsadüfi kəşfi olaraq tarixə düşüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir