Nar

Narla özünüzü belə müalicə edin – RESEPTLƏR

Baxış sayı: 171

Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir.
Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma, zeytun, üzüm, nar)
Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində, biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar.
Milli.Az fizulihuseynov.com-a istinadən bildirir ki, nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur.
Nar ürək qan-damar sistemini qüvvətləndirir, ürək əzələsinin vurma gücünü artırır.
İbni Sina demişdir: əgər böyrəklərinizdə iltihab varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin.
Nar ishalın qarşısını alır.
Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlmələrdə nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadın qarqara edin.
Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bunu babasil üzərinə kompress edin, tez bir zamanda babasil keçəcəkdir İnşaAllah.
Nar çox yaxşı qurdqovucudur.
Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyyələrə sürtün.
Öskürək zamanı şirin nar bol yeyin, şirin nar öskürəyi kəsər, ağciyərləri təmizləyər. Turş nar isə ürəkbulanmanı götürər, sidikqovucu təsir edər, mədə və qida borusundan qaynaqlanan ağızdan gələn iylərin qarşısını alar.
Öd durğunluğu zamanı turş nar yemək faydalıdır.
1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı sağalmaz ağız və damaq yaralarında üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş yerin üzərinə çəkəndə iltihab sorulur.
Nar yüksək xolesterini aşağı salır, damarların içini təmizləyir, beyin qan-dövranını yaxşılaşdırır, yaddaşı və hafizəni gücləndirir, qanı durulaşdırır, tez-tez ürək döyüntülərini normallaşdırır.
Nar qabığını suda 5 dəqiqə qaynadın, bir az bal əlavə edib bağırsaqdakı yaraları (koliti) müalicə edə bilərsiniz və bu qarışım çox güclü ishalkəsicidir.
Şirin nar qabığını qurudun, kofemolkoda üyüdüb toz halına salın, sulu yaralar zamanı yaranın üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə vura bilərsiniz.
Saç ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığı tozu, 1 çay qaşığı mixək tozu, 100 qram rafinə olmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə başınıza vurun, 3 saatdan sonra yuyun.
Nar suyu ilə sirkəni qarışdırıb qaynadın, bununla sızanaqları müalicə edə bilərsiniz.
Çalışın narın şirəsini yox özünü yeyin, çünki nar şirəsi çox büzüşdürücü xassəyə malik olduğundan qəbizlik verə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən yaxşı meyvədir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir