aile

Nişanlılar, ayağınızı yorğanınıza görə uzadın…

Baxış sayı: 284

Nişanlısınız və ailə qurmağa hazırlaşırsınız. Buna görə də, hər şeyi ətraflı düşünməli və necə deyərlər, ayağınızı yorğanınıza görə uzatmalısınız. Təbii ki, burada söhbət ilk növbədə, məsələnin maddi tərəfindən gedir. Çünki, evlilikdən əvvəl hər şeyin ən yaxşısnı istəyən və gələcəkdə ciddi maddi problemlərlə üzləşən tərəflər hər şeydən əvvəl məsələyə düzgün yanaşmadıqlarını etiraf etməlidirlər. Mövzumuzu bir az da açmağa çalışaq.

AILE

Demək olar ki, ailə qurmağa hazırlaşan hər bir gəncin evliliklə, ailə ilə bağlı öz xəyalları olur. Xüsusilə də, xanımların rahat yaşamaq arzusu özünü bu məsələdə daha qabarıq göstərir. Bu baxımdan daha gözəl evə, daha gözəl əşyalara malik olmaq üçün imkanlarından sui-istifadə edənlər var. Təbii ki, burada ətrafdakıların təsirini də nəzərə almamaq olmaz. Ancaq səbəb nə olursa olsun, zəruri olmayan ehtiyaclar üçün borca girmək və ya qarşı tərəfi borca salmaq özünü aldatmaqdan başqa bir şey deyil. Belə olduqda, tərəflər evləndikdən sonra sanki yuxudan oyanır və həyatın çətinlikləri ilə üz-üzə qalırlar. Və öz həyatları üçün sərf edə biləcəkləri imkanları uzun müddət borclarını ödəmək üçün sərf edirlər. Borcları qurtardıqda isə evliliklərinin ən gözəl illərinin arxada qaldığını görürlər. Bu bəziləri üçün problem olmasa da, bəziləri üçün ciddi problemlərin əsasını qoyur. Buna görə də, evlilikdən əvvəl tərəflər maddi imkanlarını nəzərə almalı, bu imkanlara görə yuva qurmağa çalışmalıdırlar. Digər tərəfdən, bəzi əyər-əksiklikləri evləndikdən sonra da tamamlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir