yeltsin

O dünyanı görüb qayıdan, xəstə yatağına düşən liderlər, ölümdən dönən prezidentlər

Baxış sayı: 165

Dövlət başçısı olmaq həftənin yeddi günü 24 saat işləmək deməkdir. Hətta əksər dövlət rəhbəri məzuniyyətlərindən nadir hallarda istifadə edirlər. Çünki xalq heç vaxt bütöv şəkildə məzuniyyətə getmir. Təsadüfi deyil ki, tibb elminin ulduzları həmişə prezidentlərin, liderlərin ətrafında olurlar. Liderlərin səhhəti adətən milli təhlükəsizlik məsələsi hesab olunur. Amma həkimlər həmişə qüdrətli olmur, bəzən köhnəlmiş sistem nasazlığını biruzə verir.

“Gencaile.az” Publika.az-a istinadən dünyada böyük ölkələrin xəstə yatağına düşən liderləri haqqında məlumatları təqdim edir.

İslam Kərimov: 78 yaşlı prezident 25 il Özbəkistana rəhbərlik edir. Opponentlərinin nə deməsindən asılı olmayaraq, bu yaşda olan şəxsin mürəkkəb dövrdə dövlət sükanını əlində saxlaması heç də cənnət çarlarında istirahət etmək deyil. Həkimlərin ciddi himayəsinə baxmayaraq, onun orqanizmi gərginliyə dözmədi. Nəticədə, instult oldu və hazırda reanimasiyadadır. Təmkinli olmaq haqda müsbət proqnozlar verilsə də, mütəxəssislər deyir ki, Kərimov sağalacağı təqdirdə belə uzun müddət müalicə olunmalıdır.

Ariel Şaron: 2000-ci ildən etibarən İsrail hökumətinə rəhbərlik edirdi. 2000-ci illərin əvvəlləri fələstinlilərin azadlıq mübarizəsi ciddi xaos yaratmışdı. Şaronun orqanizmi gərgin işə dözmədi və 2005-ci ilin 18 dekabrında xəstəxanaya düşdü. Həkimlər mikroinsult diaqnozu qoydular. Şaron iki gün sonra vəzifəsinin başına qayıtdı. Lakin 2006-cı il 4 yanvar tarixində isə o, geniş insultla yenidən xəstəxanaya yerləşdirildi və düz 8 il komada qaldı. 2014-cü ilin 11 yanvarında o, ürək çatışmazlığından 86 yaşında vəfat etdi.

Lakin bəzi hallarda xəstə yatağına düşən liderlərin sağalması təcrübəsi də var.

Xəlifə ibn Zayed al Naxayyan: 65 yaşlı Ərəbistan şeyxi 2004-cü ildə atasının ölümündən sonra dövlət sükanı ələ aldı. O islahatlar keçirdi, xüsusilə dövlət qulluqçularının maaşını 10 faiz qaldırdı və xalq arasında məşhurlaşdı. O, 2014-cü ildə insult keçirtdi. Lakin şeyxin vəziyyəti yaxşıdır. Şeyx Forbes jurnalının milyarderlər siyahısına düşüb. Onun şəxsi sərvəti 15 milyard, ailəsinin sərvəti isə 150 milyard dollardır.

Boris Yeltsin: Rusiyanın birinci prezidenti əmin idi ki, o ümumiyyətlə xəstələnmir. Lakin dövlət başçısını postunu tutandan sonra bu əminlik itdi. 1990-cı illərin əvvəlində Yeltsin kürəyindən iki dəfə əməliyyat olundu. 1993-cü ildə isə o, Çində toplantıda insult keçirtdi. 1995-ci ildə o, xəstəxanaya yerləşdirildi. 1996-cı ildə onun səhhəti pisləşdi. Ekspertlər Yeltsinin səhhətinin pisləşməsinin 1996-cı il seçkilərində onun seçki kampaniyasına zərər vurdu. O, 1999-cu ilin dekabrında istefaya getdi.

Leonid Brejnev: o, 1964-cü ildən SSRO Kommunist Partiyasının birinci katibi postunu tutdu və 1982-ci ildə ölümünə qədər bu postda qaldı. Onun səhhətində ciddi problemlər 1970-ci illərin əvvəllərində ortaya çıxdı. Həkimlər daim onun yanında növbə çəkirdilər. 1976-cı ildə Brejnev kliniki ölüm yaşadı. Lakin həkimlər onu həyata qaytarmağı bacardılar. Düzdür, baş katib iki ay işləyə bilmədi, onu şüuru və nitqi pozulmuşdu. O vaxtdan etibarən Brejnevin yanında daima reanimotoloqlar qrupu qalırdı. Ölümünə qədərki altı il ərzində baş katib bir neçə infarkt və insult keçirtdi. Həkimlər bir neçə dəfə onu kliniki ölümdən qaytardılar. 1982-ci ilin aprelində isə tibb gücsüz qaldı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir