sevgi

O sizin üçün doğru qadındır? – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 172

Özünüzə, karyeranıza, əyləncənizə fokuslanaraq uzun illər keçirdiniz, sonra qarşınıza o çıxdı. Bir çox şeyə fərqli baxmağa başladınız, özünüzü uzunmüddətli planlar qurarkən tapdınız.

 

Ağlınızda isə bir sual var idi, görəsən, o doğru qadındırmı?

Əvvəlcə, bunu deyək ki, doğru qadın yoxdur, sizə görə doğru qadın var. Lakin böyük əksəriyyət üçün doğru qadın bəzi ümumi xüsusiyyətlərə sahibdir. Bu məqaləmizdə həmin xüsusiyyətlərdən danışacağıq:

 

Ona “ağıllı qadın” deyə bilirsinizsə

Araşdırmalara görə, qadınların kişilər üzərində təsirli olmasının ilk səbəbi zəkasıdır. Güclü cinsin nümayəndələri məhz ağıllı qadınlara heyran olurlar.

 

Sizi sevirsə

Sevildiyini hiss etmək əvəzolunmaz hissdir. Qadının sevgisini hər dəfə sizə baxanda hiss edirsinizsə, sizin üçün doğru qadını tapmış ola bilərsiniz.

 

Sizə hörmət edirsə

Bəzi kişilər üçün hörmət sevgidən daha üstündür. Həyata baxışınızdan inanclarınıza, gördüyünüz işdən gələcək planlarınıza qədər hər şeydə aranızda hörmət olmalıdır. Sözsüz ki, bu bir tərəfli olmaz, sizin də onu qəbul edib hörmət etməyiniz lazımdır.

 

Sizə güvənirsə

Dediyiniz hər sözdə yalan axtaran, sizə inanmayan bir qadınla ümumiyyətlə, ünsiyyət qurmamaqda fayda var. Çünki belə qadınların özgüvəni aşağı olur və sizə də güvənmirlər.

Bəylər, 2021-ci ildəyik və “sevən qısqanar” ifadəsinin yerli-yersiz qısqanclığa işarə etmədiyini bilməliyik.

kisi-qadin

Həm zəif, həm güclüdürsə

Yəqin ki, siz də öz təcrübənizdə bir qadının həm güclü birinə, həm də sizdən mərhəmət gözləyən balaca uşağa çevrildiyini müşahidə etmisiniz. Burada əsas məsələ tarazlıqdır. Çox güclü qadınla münasibət qurmaq çətindir, həmişə zəif olan biri isə bəzən dözülməz olur.

Əgər bu iki xüsusiyyətin ortasını tapmısınızsa, onu qaçırmayın, doğru qadın o ola bilər.

 

Həyatı sevgidən ibarət deyilsə

Həyatında, işində hədəfləri olan, uğur qazanmaq istəyən, tək məqsədi evlilik, ailə olmayan bir qadınla qurulan münasibət daha sağlamdır. Belə qadınla həyatınıza yenilik qatacaq, danışmağa mövzu tapmaqda çətinlik çəkməyəcəksiniz.

 

Dünyadakı ən sakit yer onun yanıdırsa

İş həyatı, gərginlik, tıxac, insanlarla fikir ayrılıqları və digər problemlərdən qaçmaq üçün ilk onun yanına gedirsinizsə, onunla olanda dünyanın ən sakit, rahat adamı kimi hiss edirsinizsə, o qadın doğru qadındır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir