GEYIM

Ofis üçün ən dəbli trikotaj paltarlar – FOTOLAR

Baxış sayı: 47

Uzun trikotaj donlar mövsümün isti, rahat və ən əlverişli ofis geyimidir. Əgər güllü yay sarafanlarını dərhal cins şalvarlara dəyişmək istəmirsinizsə, payız soyuğu sizi qorxutmasın, trikotaj donlara nəzər salmağa tələsin.

Boz, qara, zərli, hətta qəhvəyi, qırmızı və boz trikotaj donlar bu mövsüm aktual olacaq. Lakin bu dəfə onların xüsusilə midi versiyaları trenddir.

Asimmetrik kəsimlər və kəmər detalları trikotaj əlbisənin sadələyini azaldıb daha dəbli göstərəcək. Odur ki, bəzək elementlərinə xüsusi diqqət yetirin.

Trikotajda payızın ən şiddətli küləyinə qalib gəlmək şansı yüksəkdir. Parçanın qalınlığı və uzunluğu küləyin onu qaldırmasına imkan verməyəcək. Odur ki, küçədə rahatlıqla addımlaya biləcəksiniz. Trikotaj donlar həm də onunla universaldır ki, onu istənilən ayaqqabı modeli və üst geyimi ilə uzlaşdırmaq mümkündür.

Modapərəstlər üçün bir neçə nümunə təqdim edirik.

PALTAR 1

PALTAR 3

PALTAR 5

PALTAR 4

PALTAR 2

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir