orqan1_47d336b7c35eb4ed972dca0f4181176c

Orqanların ölçüsü hansı xəstəliklərdən xəbər verir?

Baxış sayı: 2. 737

orqan1_47d336b7c35eb4ed972dca0f4181176c

İnsan orqanlarının ölçüsü xəstəliklərin xəbərçisi ola bilər. Elmi araşdırmalar orqanların ölçüsünün bəzi xəstəliklərin təsbit edilməsinə yardımçı ola biləcəyini müəyyən edib. Ailem.az-ın məlumatına görə, balaca qulaqlar ekzema və böyrək xəstəliklərinə, əl barmaqlarının uzunluğu isə depressiya və xərçəng xəstəliyinə bir işarədi.

Balaca qulaqlar daha qəşəng görsənsə də, bu cür qulağa sahib olan insanların ekzema və böyrək xəstəliklərindən daha çox şikayətləndiyi aşkarlanıb. Leçist Universitetinin xəstəxanasında çalışan George Mörti balaca qulaqlarda balaca kanalların olduğunu qeyd edib. Balaca qulaqdakı bu kanallar dəri ilə örtüldüyündən və qulaqdakı yığıntıları bayıra atmaq çətin olduğundan bu, ekzemaya gətirib çıxarır. Mörti balaca qulaqların göz səviyyəsindən çox aşağıda yerləşməsinin böyrək xəstəliklərinə işarə etdiyini, ancaq bunun səbəbinin  tam aydın olmadığını qeyd edib.

Böyük dilə sahib olan insanlarda isə yuxu ilə bağlı problemler yaranır. Belə ki, dil uzun olduğundan yatarkən nəfəs borusuna doğru qatlanır və xoruldamağa səbəb olur. Nəfəs borusundakı bu tıxanma  bir çox insanlarda 30 saniyə nəfəsin kəsilməsiylə nəticələnir.

Böyük ombası olan adamlarda isə yaddaş itirilməsi hallarına daha çox rastlanır. Çikaqoda Norvestrn Universitetində elm adamlarının menopauza (klimaks) yaşayan 65-79 yaşlı 8 min750 qadın üzərində apardığı araşdırmasına görə, bu xanımların yaddaş testi çox pis nəticələnib. Kökəlmə zamanı insan bədənində toplanan yağ beyinə qan getməsinə mane olur və bu da yaddaşın itməsinə səbəb olur.

Əl barmaqlarının ölçüsünün depresiya və prostat vəzi xərçəngindən xəbər verdiyi aşkarlanıb. Varvik Universitetində elm adamları prostat vəzi xərçənginə yoluxan 1500 adamla 3 min sağlam adamın əl barmaqlarını müqayisə edib. İşarə barmağı üzük taxılan barmaqdan çox uzun olan insanlarda prostat vəzi xərçənginə yoluxma riskinin daha az olduğu müəyyən edilib. Alimlər bunu ana bətnində insanların məruz qaldığı qeyri-normal testosteron səviyyəsi ilə əlaqləndirir. Buna görə həmin insanlarda işarə barmağı daha uzundu. Alberta universitetinin araşdırmalarına görə isə, işarə barmağı üzük barmağından uzun olan kişilər daha depressiv olurlar.

Ayaqda ikinci barmağın baş barmaqdan uzun olması  bir çox ayaq problemlərinə gətirib çıxarır. Həkim David Houlihan Borne ikinci barmağın baş barmaqdan uzun olmasının Freiberg xəstəliyinə səbəb olduğunu bildirib.

Kiçik ombanın ürək xəstəliklərinin xəbərçisi olduğu aşkarlanıb. Danimarkada 3 min adam üzərində aparılan araşdırma zamanı ombası kiçik olan adamlarda tez ölmə riskinin çox olduğu aşkar edilib. Bu bölgədə əzələ yoğunluğunun  az olması və insulinin təsir görməsi ürək xəstəliklərilə nəticələnir.

Böyük gözlərə sahib insanların göz problemləri ilə tez- tez qarşılaşma riski ortaya çıxıb.  Normal göz ölçüsünün 24 millimetr olduğunu qeyd edən alimlər xəbər veriblər ki, əgər gözün ölçüsü normadan 1 mm artıq olarsa, bu, görmə ilə bağlı problemlər yaradır.

Qısa ayaqlar şəkər xəstəliyinə yoluxma riskini artırır. Bristol Universitetində alimlərin apardığı araşdırma nəticəsində ayaqların hər dəfə 4.3 sm uzanmasının şəkər xəstəliyinə yoluxma riskini yüzdə 19 faiz azaltdığını bilinib. Hamiləlik zamanı ananın yaxşı qidalanmamasının da uşağın qısa ayaqlı doğulmasına səbəb olduğu aşkar edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir