Nermine Abbasova

Orucluqdan sonra necə qidalanmalı? – HƏKİM DANIŞIR

Baxış sayı: 358

Ötən həftə Müqəddəs Ramazan ayı başa çatdı. Artıq  bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlarla zəngin olan bayram süfrəsi ilə əhatə olunduğumuz günləri də geridə qoymuşuq. İndi isə əsas məsələ bir ay boyunca oruc tutan inasanların ənənəvi idalanma rejiminə necə qayıtmasıdır.

yemek

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, Ramazandan sonra orqanizmin birdən-birə saat dəyişikliyinə öyrəşməsi üçün axşam yeməyini 3-4 gün ərzində yarım saat fərqlə qəbul etmək lazımdır: “Artıq 3-4 gündən sonra yuxudan 5-6 saat əvvələ qədər axşam yeməyini yeyib bitirmək lazımdır. Orucluq zamanı insanlar uzun müddət ac qaldığı üçün daha çox xəmir yeməkləri və paxlalılar qəbul edirsə, bunun miqdarını nisbətən azaltmalı və daha tez həzm olunan yeməklər qəbul etməlidir.

Həkim deyir ki, bildirir ki, bir aylıq Ramazan ayı müddətində metabolizmanın sürəti azalır. İnsanın uzun müddət ac qalıb qəfil normal qidalanmaya dönməsi sürətli olmamalıdır: “Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır”.

yemek

Mütəxəssis bildiri ki, qidalanma intervalı yenə də mümkün qədər uzun saxlanmalıdır. Məsələn, səhər yeməyini saat 7-8 radələrində, axşam yeməyini isə saat 6-da yemək məqsədəuyğundur. Orucluq ərəfəsində insanların mədələri kiçildiyinə görə az yemək yeməyə öyrəşirlər. Bu isə həm artıq kilolardan azad olmaq üçün, həm də sağlam həyat tərzinə keçmək üçün ən gözəl mərhələdir”.

YEMEK

Nərminə xanım onu da dedi ki, Ramazan ayında kifayət qədər su istehlak edə bilməyən şəxslərin artıq bədənlərində maye çatışmazlığı yaşaya bilər. Bunu öz yerinə qaytarmaq üçün Ramazandan sonra müəyyən bir müddət ərzində normal səviyyənin üzərinə çıxa bilərik. Gündə 2,5 litr səviyyəsində su istehlakı orqanizmin daha tez sağalmasına kömək edəcək. Ramazan ayında istehlakı məhdud olan çay və qəhvə kimi kofeinli içkilərin miqdarı birdən-birə artırılmamalıdır. Bu kofeinli içkilər də orqanizmdən suyun çıxarılmasına səbəb olacaq içkilər olduğu üçün bu, orqanizmin bərpa prosesinə mənfi təsir göstərəcək.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir